Hacılar kəndinə təbii qaz verilişinin açılışı.
31 iyul 2015-ci il tarixdə Hacılar kəndinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Kamil İsayev, “Alıbəyli” MMC-nin direktoru Seymur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, bir-birinin ardınca rayonun kəndlərinin qazlaşdırıldığını, bir an öncə Bala Qacar kəndinə təbii qaz verildiyini, hazırda 22 kəndə təbii qaz çəkildiyini qeyd etmiş, Hacılar kəndinin 130 fərdi yaşayış evinin qazlaşdırılması üçün 12,6 km-dən çox müxtəlif diametrli qaz xətləri çəkildiyini, 22 ədəd siyirtmə quraşdırıldığını, bütün qaz xətlərinin kipliyə və möhkəmliyə görə yoxlanıldığını bildirmiş, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbirik etmiş, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulamışdır.
Tədbirdə kənd sakinləri Nazibə Alıyeva və Rafiq Qaraşov çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Kamil İsayev çıxış edərək sakinləri kəndə təbii qaz verilişi ilə əlaqədar təbrik etmişdir.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kənd sakini və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi nümayəndəsi ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və rayonun rəhbər işçiləri kənd sakini Mehralıyev Nəbi Surxay oğlunun fərdi yaşayış evində təbii qazın yandırılmasında iştirak etmişlər.