Şriftin ölçüsü :

Saytın rəngi :

Arabaçılar və Qaradırnaq kəndlərinə təbii qaz verilişinin açılışı.

05 avqust 2015 | 15:00

05 avqust 2015-ci il tarixdə Arabaçılar və Qaradırnaq kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, Tərtər Regional Qazİstismar İdarəsinin rəisi Oqtay Qarayev, “Alıbəyli” MMC-nin direktoru Seymur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, bir-birinin ardınca rayonun kəndlərinin qazlaşdırıldığını, Arabaçılar və Qaradırnaq kəndlərinin 302 fərdi yaşayış evinin qazlaşdırılması üçün 41,7 km-dən çox müxtəlif diametrli qaz xətləri çəkildiyini, 42 ədəd siyirtmə quraşdırıldığını, bütün qaz xətlərinin kipliyə və möhkəmliyə görə yoxlanıldığını bildirmiş, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbirik etmiş, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulamışdır.
            Tədbirdə Arabaçılar kənd sakinləri Aidə Yəhyayeva, Mahir Abdullayev, Qaradırnaq kənd sakini Abbas Babayev çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
TədbirdəTərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev çıxış edərək sakinləri kəndə təbii qaz verilişi ilə əlaqədar təbrik etmişdir.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kənd sakinləri ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.

Keçidlər