Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədli və Qaradəmirçi kəndlərinə təbii qaz verilişinin açılışı.

27 avqust 2015 | 15:00

27 avqust 2015-ci il tarixdə Məmmədli və Qaradəmirçi kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev, ,  “ Aran Yoldaşlıq” MMC və “Alıbəylİ” MMC-nin,YAP rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
            Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, bir-birinin ardınca rayonun kəndlərinin qazlaşdırıldığını, 221 abonenti olan Məmmədli kəndinin qazlaşdırılması üçün 58 km-dən çox müxtəlif diametrli polad və polietilen qaz xətləri çəkilmiş və 25 ədəd siyirtmə, 105 abonenti olan Qaradəmirçi kəndinə 13,3 km müxtəlif diametrli polad və polietilen qaz xətləri çəkilmiş, 10 ədəd siyirtmə və mənzillərdə sayğac və fərdi tənzimləyici quraşdırıldığını, bütün qaz xətlərinin kipliyə və möhkəmliyə görə yoxlanıldığını bildirmiş, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbirik etmiş, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulamışdır.
            Tədbirdə kənd sakinləri Hüseynov Valodya, Cabbarova Süsən, Quliyeva Maral, Naibov Əliyovşan çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
            TədbirdəTərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev çıxış edərək sakinləri kəndə təbii qaz verilişi ilə əlaqədar təbrik etmişdir.
            Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev şəhid ailəsi ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.

Keçidlər