Mollaəhmədli, Gülgəzli və Sərkarlar kəndlərinə təbii qaz verilişinin açılışı.
25 avqust 2015-ci il tarixdə Mollaəhmədli, Gülgəzli və Sərkarlar kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev, “Vedi Şiraz” MMC-nin direktoru Əliheydər Heydərli, YAP rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, bir-birinin ardınca rayonun kəndlərinin qazlaşdırıldığını, 113 abonenti olan Mollaəhmədli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8405 metr, 140 abonenti olan Gülgəzli kəndində 4193 metr, 70 abonenti olan Sərkarlar kəndində isə 5400 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, mənzillərdə sayğac və fərdi tənzimləyici quraşdırıldığını, bütün qaz xətlərinin kipliyə və möhkəmliyə görə yoxlanıldığını bildirmiş, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbirik etmiş, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulamışdır.
Tədbirdə kənd sakinləri Qurban Hümbətov, Çingiz Əbilov, Habil Hüseynov çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
TədbirdəTərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev çıxış edərək sakinləri kəndə təbii qaz verilişi ilə əlaqədar təbrik etmişdir.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev şəhid ailəsi ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.