Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon müəllimlərinin sentyabr konfransı.

10 sentyabr 2015 | 15:00

Konfransdan öncə rayonun fəal müəllimlərindən bir qrupu şəhərin mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül çiçək dəstələri düzmüş, xatirəsinə ehtramlarını bildirmişlər.
Konfransdan öncə şəhər Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin şagirdləri konfrans iştirakçılarını salamlamışlar.
Konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Konfransda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Təhsil Nazirliyinin əməkdaşı İlham Nağıyev,  rayon Təhsil şöbəsinin məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktorları və müəllimləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri – cəmi 384 nəfər iştirak etmişlər.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov 2014-2015-cü tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etdi. 
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev konfransda çıxış edərək rayon müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.  Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil siyasətindəki uğurlardan söhbət açdı.
Konfransda  Bərdə şəhər inkluziv təhsil komponentli günü uzadılmış tam orta məktəbin direktoru Seymur İslamov, Gərənə kənd tam orta məktəbin direktoru Teymur Həmidov, şəhər 2 saylı tam orta məktəbin coğrafiya müəllimi Ülviyyə Eminova, Qaradəmirçi kənd tamorta məktəbin müəllimi Nizami Hüseynov, Xanqaraqoyunlu kəndtam orta məktəbin müəllimi Bəsdi Quliyeva çıxış edərək təhsildəki uğurlara görə  ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
          Konfransda 2014-2015-cü tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrlə əlaqədar müvafiq qərar qəbul edildi.
           Konfransda təhsil sahəsində əldə etdikləri nailiyyətlərə görə müəllimlərdən 5 nəfərinə rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı,   22 nəfər təhsil işçisinə rayon Təhsil şöbəsinin fəxri fərmanı, qocaman müəllimlərdən bir qrupuna qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər