Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə şəhid Elsevər Əsədov adına Türkmən kənd tam orta məktəbin yeni binasının açılışı.

15 sentyabr 2015 | 15:00

Açılış mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə,  müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, valideynlər, kənd sakinləri iştirak etmişlər. 
  Mərasimi açan  rayon  İcra Hakimiyyətinin  başçısı V.İ.İsayev çıxış edərək  tədbir iştirakçılarını   yeni dərs ilinin başlanması, “Bilik günü” və həmçinin Türkmən kənd tam orta məktəbin yeni binasının açılışı münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, başa vurduğumuz dərs ili müddətində rayonun  1saylı Nazırlı kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Qazaxlar kənd tam orta məktəbi üçün 180 şagird yerlik, şəhər 7 saylı ümumi orta məktəb üçün 360 şagird yerlik yeni məktəb binaları, rayon Təhsil şöbəsi üçün 3 mərtəbəli inzibati bina  tikilib   istifadəyə verilmişdir. Şəhər 2, 5 və 6 saylı tam orta məktəblərin əsaslı təmir işləri sürətlə davam etdirilir. Şəhid E.Əsədov adına Türkmən kənd tam orta məktəbin yeni binası da məhz dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğının gözəl nümunəsidir. 1962-ci ildə ibtidai məktəb kimi fəaliyyətə başlayan E.Əsədov adına Türkmən kənd tam orta məktəbi  1976-cı ildən tam orta məktəb kimi fəaliyyət göstərir.  260 şagird yerlik bu məktəb müasir kimya, fizika laboratoriyaları, böyük idman zalı, akt zalı, 2 kompüter otağı, kitabxana, 12 sinif otağı,  müəllimlər otağı, direktor və direktor müavinlərinin iş otağı və s. ilə təmin olunmuşdur. 
Təhsilə bu cür yüksək diqqət və qayğıya görə rayonun  bütün əhalisi adından ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq edilmişdir.
     Tədbirin sonunda yeni təhsil ocağına baxış keçirimişdir.

Keçidlər