Şriftin ölçüsü :

Saytın rəngi :

22.12.2012-ci il tarixdə Qarabağ yaşayış massivinə təbii qaz verilişinin açılışı olmuşdur.

23 dekabr 2012 | 16:00

12969 p/m müxtəlif diametrli qaz xətləri şəkılmiş, 6 ədəd siyirtmə, 318 ədəd sayğac quraşdırılmış,abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. Kənddə 318 ev təbii qazla təmin edilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Milli Məclisin deputatı cənab Zahid Oruc,Milli Məclisin deputatı Gövhər xanım Baxşəliyeva, “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini Qağaməli Seyfullayev, İctimai əlaqələr şöbəsinin rəisi cənab Araz Ağayev,Qaz təsərrüfatının istismarı şöbəsinin mühəndisi cənab Hafiz Həsənov iştirak etmişlər.

Tədbirdə kənd sakinləri İsgəndər Alhəsənov , Barat Məhərrəmov , Sahib Abbasov , Milli Məclisin deputatı cənab Zahid Oruc , Milli Məclisin deputatı Gövhər xanım Baxşəliyeva , ”Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini , rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmiş , kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəl yandırılmış , kənd sakini Anar Hümbətovun evində təbii qazın verilişinə baxılmışdır.

Tədbirdə 350 nəfər iştirak etmişdir.
 

Keçidlər