Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda 5 fərdi yaşayış evi müharibə əlilləri ailələrinin istifadəsinə verilib.

06 oktyabr 2015 | 15:00

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ildə Bərdə rayonunda Qarabağ müharibsi əlillərinə 5 fərdi yaşayış evi tikilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı V.İsayevin,   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat xidmətinin rəisi Çingiz Əliyevin və Tikilməkdə olan obyektlərin direktoru Natiq Əzizovun iştirakı ilə Yeni Daşkənd kəndində Qarbağ müharibəsi əlili Qasımov Rizvan Əkbər oğlunun fərdi yaşayış evinin açılışı ilə əlaqədar keçirilən tədbirdə 5 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evlərinin  açarları təqdim edilmişdir. Yeni Daşkənd kəndində fərdi evin acarları təqdim edilən Rizvan Qasımova rəqəmsal televizor hədiyyə verilmişdir. 
Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və nümayəndələri, kənd sakinləri iştirak edən tədbirdə çıxış edən  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat xidmətinin rəisi Çingiz Əliyev, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, ev sahibi Rizvan Qasımov Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda əldə olunan makroiqtisadi sabitlik və inkişaf dinamikasından danışmış, iqtisadi böhran səbəbindən hətta inkişaf etmiş ölkələrdə bir çox sosial proqramlar təxirə salındığı halda, Azərbaycan iqtidarının sosialyönümlü siyasətinin bariz təzahürü kimi, ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirildiyini bildirmişlər. Təsadüfi deyil ki, dövlətimizin başçısı respublika hökumətinin cari ilin birinci yarımilində sosial-iqtisadi inkişafın yekunlarına dair iclasda "Heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik", deyə vurğulayıb.
Son illər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün rayonumuzda 96 mənzilli 3 kommunal yaşayış binası, 28 ədəd fərdi yaşayış evi tikilmiş,  71 nəfər Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlilləri minik avtomobilləri ilə təmin edilmiş, 60 nəfər əlilə əlil arabası verilmiş, 214 nəfər kimsəsiz və tənha insanlara  evlərində yüksək səviyyədə sosial xidmətlər göstərilir.
Tədbirdə qeyd olunan şəxslərin sosial təminatının gücləndirilməsi üçün digər sahələrdə həyata keçirilən tədbirlərdən də bəhs olunub. Yeni fərdi yaşayış evlərinin sahibləri olan müharibə əlilləri və şəhid ailələri ölkəmizdə hər bir vətəndaşın, o cümlədən imtiyazlı insanların sosial firavanlığının təmin olunması üçün aparılan uğurlu siyasətə görə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Rayonun rəhbərləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Qarabağ əlili Rizvan Qasımovun fərdi yaşayış evinə baxış keçirmiş, ailə üzvləri ilə çay süfrəsi ətrafında söhbət etmişlər.
Tədbirdən sonra rayonun rəhbərləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri tədbirdə iştirak edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, kənd sakinləri ilə söhbət etmişlər.
Tədbirdə 2000 nəfər iştirak etmişdir.

Keçidlər