Bərdə rayonunun 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev 2015-ci ilin 9 ayı ərzində rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmiş, məruzə ətrafında rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, rayon Polis şöbəsinin rəis müavini Hikmət Quliyev, rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Raqub Məmtiyev, MRX-nin Baş həkimi Rəna Mustafayeva, Tərtər Regional Qaz İstismar İdarəsinin Bərdə rayon şöbəsinin müdiri Salman İsmayılov çıxış etmişlər.
Doqquz ay ərzində Azərbaycan Respublikasının Prezidentinin 14 avqust 2014-cü il tarixli Sərəncamı ilə 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri, 47 hektar ərazini əhatə edən Heydər Əliyev park-bulvarının, məcburi köçkünlər üçün 588 ailəlik yaşayış məhəlləsinin, “Asan Xidmət” Mərkəzinin, Yol Polis xidmətinin inzibati binasının, rayon Təhsil şöbəsinin, şəhər 7 saylı ümumi orta məktəbin, Türkmən kənd tam orta məktəbin və 1 saylı Uşaq İncəsənət məktəbinin, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin, Mehdili kəndində müasir Yem zavodunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Bunlarla yanaşı 17 kənd qazlaşdırılmış, 2 kəndin elektrik şəbəkəsi yenidən qurulmuş, 21 kəndin qazlaşdırılması və digər kəndlərin elektrik şəbəkəsinin yenidən qurulması, Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, tutumu 2 min ton olan soyuducu ambarın, hər biri 1150 şagird yerlik şəhər 2 və 6 saylı, 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəblərin əsaslı təmiri, “Bərdə” türbəsinin bərpası davam etdirilmişdir.
Həmçinin 100 yerlik şəhər 4 saylı körpələr evinin tikintisinə başlanmıdır. Şirvanlı, Çəmənli, Məşədiibişli, Bəcirəvan və Köbər kəndlərində 27,2 km daxili yol qum-çınqılla əsaslı təmir edilmiş İkinci Hacallı və Tumaslı, Həsənqaya, Mustafaağalı kəndlərində 3 ədəd çən quraşdırılmış, 16,65 km içməli su xətti çəkilmiş, küçələrdə 32 ədəd bulaq tikilmiş, 9 ay ərzində Heydər Əliyev prospektində 2 və 3 saylı iki mərtəbəli, E.Əsədov küçəsində 5 saylı beş mərtəbəli, Nüşabə küçəsində 36, 45 və 47 saylı, İ.Qayıbov küçəsində 25 saylı bir mərtəbəli kommunal binaların dam örtükləri yenidən tikilmişdir. H.Əliyev prospektində 11/1, 22, 115,116,149, 151 və 155 saylı, Babək küçəsində 2 saylı beş mərtəbəli, R.Axundov küçəsində 10, E.Əsədov küçəsində 11 və 12, C.Məmmədquluzadə küçəsində 1, Təbriz küçəsində 12 və 13 saylı iki mərtəbəli, H.Əliyev prospektində 87 saylı bir mərtəbəli kommunal yaşayış binalarında təmir işləri aparılmışdır.
9 ay ərzində Heydər Əliyev park-bulvarının qarşısındakı ərazi yenidən qurulmuş, ərazidə piyada yolu tikilmiş, yaşıllıq zolağı salınmış, 1000 ədəd ağac və çoxlu sayda gül əkilmişdir.
Ötən dövrdə küçə meydanlara 1770 p/metr bardyor düzülmüş, 2930 kv. metr tamet döşənmiş, 9,2 kv. metr asfalt-beton örtüyü tikilmiş, 500 kv. metr barı hörülmüş, 700 kv. metr barı ağ lay örtüklə üzlənmişdir.
Rayonun küçə və meydanlarında, yolların kənarlarında 25 mindən çox ağac və 51 mindən çox gül kolları əkilmişdir.
Cari ilin mart ayının 12-də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev rayonumuza səfər etmiş, rayonda aparılan tikinti-abadlıq işləri ilə tanış olmuş, 47 hektar ərazidə tikilmiş Heydər Əliyev adına park-bulvarı, məcburi köçkünlər üçün tikilmiş 588 ailəlik qəsəbəni, “Asan xidmət” Mərkəzini, 2 saylı Uşaq İncəsənət məktəbini, 15,5 km Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunu açmış, “Bərdə” türbəsində aparılan bərpa işləri ilə tanış olmuşdur.
Cənab Prezidentə yeni tikilmiş 22,2 km uzunluqda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu təqdim olunmuşdur.
Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev rayonda aparılan işlərə dair göstərişlərini vermişdir.
Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev Bərdyə səfərindən dərhal sonra 13 mart 2015-ci il tarixdə “Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamış, yolun yenidən qurulması üçün 2 milyon və mənzil fondunun əsaslı təmiri üçün 3 milyon manat ilkin olaraq vəsait ayırmışdır.
Bu gün bütün bərdəlilər Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyevin rayonumuza tarixi səfərinin yaratdığı xoş təəssurat altında qurub yaradırlar. Doqquz ay ərzində 254,5 milyon manatlıq ümumi məhsul, o cümlədən 9,2 milyon manatlıq sənaye, 115,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, əhaliyə 4,8 milyon manatlıq nəqliyyat və anbar, 0,9 milyon manatlıq rabitə, 83,2 milyon manatlıq ticarət xidmətləri göstərilmiş, rayonda 41,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılmışdır.
2014-cü ilin müvafiq dövrünə nisbətən məhsul istehsalı 13,8 faiz, o cümlədən sənaye məhsulu istehsalı 1,0 faiz, kənd təsərrüfatı 5,0 faiz, nəqliyyat və anbar təsərrüfatı 5,5 faiz, informasiya və rabitə xidmətləri 5,1 faiz, ticarət xidmətləri 23,1 faiz, tikinti-quraşdırma işləri 29,4 faiz artmışdır. 9 ay ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 100,4 faiz, xərcləri proqnozuna 94,3 faiz əməl edilmişdir.
Hüquqi şəxslərdən torpaq vergisi (98.3%), hüquqi şəxslərdən əmlak vergisi (99.6%) əlavə dəyər vergisi (82,6%), dövlət rüsumu (99,9%) və torpağın icarəyə verilməsi (99,5%) müstəsna olmaqla digər yerli gəlir proqnozlarına tam əməl edilmişdir.
Rayonun bütün zəruri xərclər icra edilmişdir.
Dövlət tərəfindən göstərilən diqqət və qayğın sayəsində 9 ayda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 4 faiz artaraq 9,3 min nəfərə çatmışdır.
İri fermer təsərrüfatlarının yaradılması, sənaye məhəllələrinin təşkil edilməsi fəaliyyətimizin proritet istiqamətidir. Mirzalıbəyli kəndində 500 başlıq heyvandarlıq kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılmış, Mehdili kəndində yeni yem istehsalı müəssisəsi tikilib istifadəyə verilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən 9 ay ərzində 407 layihə üzrə sahibkarlara 8 milyon 127 min 100 manat güzəştli kredit verilmişdir. Bu layihələrin həyata keçirilməsi nəticəsində rayonda 527 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.
Proqramın əvvəlindən 2347 sahibkara 67,9 milyon manat güzəştli şərtlərlə kreditlər verilərək 4709 yeni iş yerlərinin açılmasına şərait yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9 ay ərzində 2503 yeni iş yerləri açılmışdır ki, bunun da 963-ü daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 86-sı yeni yaradılmış müəssisə və təşkilatlarda, 877-i fiziki şəxslərdə, 1540-ı digər layihələrin həyata keçirilməsində yaradılmışdır.
Dövlət Proqramları qəbul olunandan indiyədək 28077 yeni iş yerləri açılmışdır ki, bunun da 14163-ü daimi iş yerləridir.
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2014-cü il tarixli 961 nömrəli Sərəncamı əsasında rayonun Cəyirli, Şirvanlı, Soğanverdilər, Qazıqurdalı, Hüseynbəyli, Əliyanlı, Bala Qacar, Mehdixanlı və Qaradəmirçi kəndlərinin hər birində 1 ədəd, Əmirli, Xanərəb, Kətəlparaq kəndkərinin hər birində 3 ədəd, cəmi 18 ədəd subartezian quyusu vurulmuş və yaxın günlərdə daha 2 subartezuan quyusu qazılacaqdır. 9 ay ərzində su abonentlərinin hamısı ödənişə cəlb edilmiş, istehlak edilmiş içməli suyun dəyəri 100,3 faiz ödənilmişdir.
Bunlarla yanaşı rayon mərkəzinin ətraf 9 kəndlə birlikdə kanalizasiya və içməli su şəbəkəsinin tikilməsi üçün müvafiq tədbirlər görülməsi davam etdirilmişdir.
Hesabat dövründə əhalinin sosial müdafiəsi məsələləri daima diqqət mərkəzində saxlanılmışdır. 5 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikilib verilmişdir.
Hesabat dövründə məcburi köçkünlərin dövlət tərəfindən verilmiş bütün imtiyazlardan istifadə etmələri təmin olunmuş, humanitar təşkilatlar tərəfindən edilən yardımların onlara çatdırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülmüş, 588 ailəlik yaşayış məhəlləsinin tikintisi başa çatmışdır. Məcburi köckünlər həmin evlərlə təmin olunmuşlar.
İlin əvvəlindən podaratçı təşkilatlar tərəfindən 400,1 km müxtəlif diametrli qaz xətləri çəkilərək 17 kənd (Xanxanımlı, Qasımbəyli, Qullar, Qurdlar, Nifçi, Körpüsındıran, Böyük Qacar, Hacılar, Qaradırnaq, Qaradəmirçi, Böyük Göyüşlü, Bala Göyüşlü, Məmmədli, Arabaçılar, Gülgəzli, Mollaisalar, Sərkarlar) qazlaşdırılmış, 1721 abonentə təbii qaz verilmişdir. Hazırda 21 kənd (Lək, Qaradəmirçi, Bəcirəvan, Vəliuşağı, Mollaisalar, Köbərkənd, Hüseynalılar, Alpout, Qarayusifli, Xəsili, Qazaxlar, Otuzikilər, Xanağalı, Cumalar, Nazırlı, Hacallı, Yerli Ağalı, Tumaslı, Qaratəpə, Bayramlı və Lənbəran) kəndləri qazlaşdırılır.
9 ay ərzində telefon abunəçilərinin sayı 102 ədəd artmışdır.
Hazırda şəbəkədə optikləşmə 97,4 faiz çatmış, abonentlərin 94,5 faizi mövcud sevis xidmətindən istifadə edir.
Əhaliyyə göstərilən poçt xidmətinin səviyyəsi yüksəlmiş, 9 ay ərzində əhaliyə göstərilən poçt xidmətləri proqnozuna 110,5 faiz əməl edilmişdir.
Cari ildə rayonun ümumtəhsil məktəblərinin məzunlarından 383 nəfəri və ya ali məktəblərə qəbul üçün sənəd təqdim edənlərin 58 faizi tələbə adını qaznmağa nail olmuşdur. Bu keçən ildəkindən 39 nəfər və ya 11,3 faiz çoxdur.
Tələbə adını qazanan məzunlardan 80 nəfəri və ya keçən ildəkindən 18 nəfər çox (29 faiz) məzum 500-dən çox bal toplamışdır.
Qəbul imtahanlarında Akademik Z.Əliyeva adına Texniki Təmayüllü məktəb-liseyin məzunu Həsənli Arzu Ədalət qızı qəbul imtahanlarında 700 bal, Xanqaraqoyunlu kənd tam orta məktəbin məzunu Quliyeva Pərvin Əli qızı 687 bal, Muğanlı kənd tam orta məktəbinin məzunu Ağamirov Mirmövsün İlqar oğlu 666 bal toplayaraq ən yüksək nəticələri göstərmişlər. Onlarla digər məzunlarımız yüksək nəticələrə imza atmışlar.
Təhsildə əldə edilmiş nailiyyətlərə görə 2 məktəb “İlin ən yaxşı məktəbi” müsabiqəsinin, 5 müəllim “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş, Akademik Z.Əliyeva adına Texnikif fənlər Təmayüllü məktəb-liseyin ingilis dili müəllimi Nərimanova Talehə Ələsgər qızı “Tərəqqi” medalına, Muğanlı kənd tam orta məktəbinin direktoru Əsədov Zülfüqar Xanoğlan oğlu respublikanın “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Həmçinin Əyricə kənd tam orta məktəbinin direktoru Babayeva Şəkurə Vəli qızı Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, Mustafaağalı kənd tam orta məktəbinin direktoru Məmmədov Tofiq Xamməd oğlu Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşlar.
9 ay ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında 10918 nəfər, o cümlədən rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1405 nəfər qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 28 görüş-qəbulu keçirilmiş, bu görüş-qəbullarda 10304 nəfər sakinin iştirakı təmin edilmiş, 333 nəfərin müraciəti dinlənilmişdir. Yerlərdə keçirilən görüş qəbullarda rayonun rəhbərlərinin və xidmət təşkilatlarının rəhbərlərinin, ərazidə yaşayan sakinlərin bütün zümrələrinin iştirakının təmini üçün tədbirlər görülmüş, iştirakçıların tam dinlənilməsi üçün şərait yaradılmışdır. Yerlərdə keçirilən qəbulda edilmiş müraciətlərin çox böyük əksəriyyəti yerindəcə həll olunmuşdur.
Yığıncaq müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.