Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynalılar və Xanağalı kəndlərinə təbii qaz verilişinin açılışı.

28 oktyabr 2015 | 16:00

28 oktyabr 2015-ci il tarixdə Bərdə rayonunun Hüseynalılar və Xanağalı kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev,YAP rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
           Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığını, Hüseynalılar kəndinin 115 fərdi yaşayış evinin qazlaşdırılması üçün 19,1 km müxtəlif diametrli qaz xətləri çəkildiyini, 22 ədəd siyirtmə quraşdırıldığını,Xanağalı kəndinin 146 fərdi yaşayış evinin qazlaşdırılması üçün 21,5 km müxtəlif diametrli qaz xətləri çəkildiyini, 18 ədəd siyirtmə quraşdırıldığını,bütün qaz xətlərinin kipliyə və möhkəmliyə görə yoxlanıldığını bildirmiş, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbirik etmiş, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulamışdır.
            Tədbirdə Hüseynalılar kənd sakinləri Filyar Məmmədova, Aqşin İsmayılov, Misirxan İsgəndərov  çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə , “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev çıxış edərək sakinləri  təbii qaz verilişi ilə əlaqədar təbrik etmişlər.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev , “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kənd sakinləri ilə söhbət etmişlər.

Keçidlər