ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Bərdə rayonuna səfər etmişdir.
05 noyabr 2015- ci il tarixdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ABŞ-ın Avropa komandanlığının maliyyə dəstəyi ilə Yeni Daşkənd kəndi ərazisində kompakt şəkildə məskunlaşmış 38 məcburi köçkün ailəsinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün mövcud subartezian quyusundan 200 metr məsafəyə içməli su xəttinin çəkilməsi layihəsinə start vermək məqsədilə nümayəndə heyəti ilə birlikdə Bərdə rayonuna gəlmişdir.
Tədbirdə səfirlə birlikdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, səfirin həyat yoldaşı xanım Sekuta, ABŞ-ın Azərbaycandakı hərbi attaşesi polkovnik Kİt Felter, Hərbi əməkdaşlıq şöbəsinin rəisi II dərəcəli kapitan Mihal, Hərbi əməkdaşlıq şöbəsinin təis müavini mayor Ross Şaynbaum, Səfirliyin mətbuat katibi Nikolas Barnet, ikitərəfli əlaqələrin koordinatorukapitan Brendon Fayls, Avropa komandanlıığında Regional Proqramların rəhbəri Uilyam Kovalrvski və ABŞ ordusu Mühəndis korpusunun layihə mühəndisi Qvendolin Nelson, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, rayonu rəhbər işçiləri və ərazidə yaşayan məcburi köçkünlər iştirak etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və kənd sakini Oqtay Şiruyə çıxış etmişlər.
Səfir tədbirdən sonra əraziyə baxış keçirmiş, məcburi köçkünlərlə söhbət etmişdir. Tədbirdə iştirak edən mediya nümayəndələrinin sualları cavablandırılmışdır.
Səfər zamanı ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta onu müşayət edən şəxslərlə birlikdə rayon İcra Hakimiyyəti başçısı aparatının zalında çay süfrəsi arxasında söhbət etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qonaqlara rayon haqqında məlumat vermiş, prespektiv planlar barədə ətraflı fikir mübadiləsi edilmişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta və rayon İcra Hakimyyətinin başçısı cənab Vidadi İsayev bir-birlərinə xatirə hədiyyələri təqdim etmişlər.
Qonaqlar rayonun Mehdili kəndində fəaliyyət göstərən ət və südçülük üzrə soyuducu ambar və heyvandarlıq kompleksi ilə yerində tanış olmuşlar.