Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qaradəmirçi və Əliyanlı kəndlərində yeni qazılmış subartezian quyularının istifadəyə verilmişdir.

19 noyabr 2015 | 16:00

19 noyabr 2015-ci il tarixdə Bərdə rayonunun Birinci Qaradəmirçi və Əliyanlı kəndlərində yeni qazılmış subartezian quyularının istifadəyə verilməsi münasibətilə tədbirlər keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin rəisi Ramioz Vəkilov  iştirak etmişlər. 
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev,  Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev,  kənd sakinləri Rəfayil Səmədov  və Elçin Fərzəliyev çıxış etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi mİsayev tədbiri  açaraq  rayonda digər sahələrdə olduğu kimi, aqrar sahənin inkişafı, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışdır.  Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə rayonun kəndlərində, ümumilikdə, 20 subartezian quyusu qazılmışdır. Natiq daha sonra bildirmişdir ki,  bu il yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun Bala Qacar, Soğanverdilər, Əmirli, Xanərəb, Samuxlu, Əliyanlı, Kətəlparaq, Şirvanlı, Hüseynbəyli, Şahvəlilər, Xanağalı, Mirzəcəfərli, Cəyirli, Hacallı, Qazıqurdalı və Qaradəmirçi kəndlərində 650 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaqdır.
Çıxış edənlər əkinlərin suvarma suyu ilə təminatına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

  Sonda Birinci Qaradəmirçi kəndində subartezian quyusu  işə salınmışdır.
 

Keçidlər