Birinci Qaradəmirçi və İkinci Qaradəmirçi kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur.
20 noyabr 2015-ci il tarixdə Bərdə rayonunun Birinci Qaradəmirçi və İkinci Qaradəmirçi kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin baş direktoru Əkbər Hacıyev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev, “Ağdam-2” MMC-nin direktoru Manaf Quliyev, YAP rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır. Bildirmişdir ki, Birinci və İkinci Qaradəmirçi kəndlərinin qazlaşdırılması üçün 28 km-dən çox müxtəlif diametrli polad və polietilen qaz xətləri çəkilmiş, 56 ədəd siyirtmə quraşdırılmış, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır. Həmin kəndlərdə 653 ailəyə təbii qaz verilmişdir.
Tədbirdə Hüseynalılar kənd sakinləri Əlikram Ramazanov, Solmaz Babayeva, Eldar Qasımov çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev və Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək sakinləri təbii qaz verilişi ilə əlaqədar təbrik etmişlər.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev və Milli Məclisin deputatı Zahid Oruc ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kənd sakinləri ilə söhbət etmişdir.