22.12.2012-ci il tarixdə Muğanlı kəndinə təbii qazın verilişinin açılışı olmuşdur.
7597 metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 10 ədəd siyirtmə,1 ədəd qaztənzimləyici qurğu , 170 ədəd sayğac quraşdırılmış , abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. Kənddə 170 ailə təbii qazla təmin edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Milli Məclisin deputatı cənab Zahid Oruc,Milli Məclisin deputatı Gövhər xanım Baxşəliyeva, “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini Qağaməli Seyfullayev, İctimai əlaqələr şöbəsinin rəisi cənab Araz Ağayev,Qaz təsərrüfatının istismarı şöbəsinin mühəndisi cənab Hafiz Həsənov iştirak etmişlər.
Tədbirdə kənd ağsaqqalı İsmayılov Əsgər, Muğanlı kənd tam orta məktəbin direktor müavini Nazilə Şirinova, kənd ağsaqqalı Rafiq Alıyev, Milli Məclisin deputatı cənab Zahid Oruc,Milli Məclisin deputatı Gövhər xanım Baxşəliyeva,”Azəriqaz” İstehsalat Birliyinin Baş baş direktorunun əsaslı tikinti üzrə müavini Qağaməli Seyfullayev, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxış etmiş, kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəl yandırılmış, kənd sakini Azər İsmayılovun evində təbii qazın verilişinə baxılmışdır.
Tədbirdə 300 nəfər iştirak etmişdir.