Yeni Azərbaycan Partiyasının 23 –cü ildönümü Bərdədə təntənə ilə qeyd edildi.
21 noyabr 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatında tədbir keçirilmişdir.
Tədbirdə rayon təşkilatının şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzülərək xatirəsi ehtiramla yad edildi
Tədbiri YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya açaraq Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan ətraflı məruzə etdi. Bildirdi ki ,YAP Bərdə rayon təşkilatında 10720 nəfər YAP üzvü vardır. Onlardan 4325 nəfərini qadınlar, 3973 nəfərini gənclər təşkil edir.
Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının ilk üzvlərindən Nizami Quliyev, Yaşar Zamanov, ərazi ilk partiya təşkilat sədrlərindən Rövşən Süleymanov, Ülviyyə Əliyeva, YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Fərzəliyev çıxış edərək Yeni AZərbaycan Partiyasınıın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək onu dəstəkləyəcəyiklərini bildirdilər.
Bayram münasibətilə YAP Bərdə rayon Təşkilatı tərəfindən bir qrup partiya fəalına Fəxri fərman və YAP yeni üzv qəbul edilmiş bir qrup gəncə YAP üzvlük vəsiqələri təqdim edildi.
Tədbirin sonunda şəhər 3 saylı tam orta məktəbin şagirdləri Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü ilə bağlı kompozisiya nümayiş etdirdilər.