Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Bərdədə qəbul keçirib.

27 noyabr 2015 | 16:00

27 noyabr 2015-ci il tarixdə  Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev vətəndaşların qəbulu ilə bağlı Bərdə rayonunda olmuşdur.
Qəbuldan əvvəl Komitə sədri  Aydın Əliyev Bərdə  rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə şəhərin mərkəzindəki ulu öndər Heydər Əliyevin  abidəsi önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.
Sonra cənab Aydın Əliyev    Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarının sakinlərini qəbul edib və onların müraciətlərini dinləyib.   Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Keçidlər