Şriftin ölçüsü :

Saytın rəngi :

Bəcirəvan, Nazırlı, Tumaslı və Yerli Ağalı kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur.

28 noyabr 2015 | 16:00

28 noyabr 2015-ci il tarixdə Bərdə rayonunun Bəcirəvan, Nazırlı, Tumaslı və Yerli Ağalı kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tikinti Departamentinin rəis müavini Ramil İsgəndərov, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
            Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından,  rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır. Cari ilin ötən dövründə rayonda 527,9 kilometrdən çox müxtəlif diametrli qaz xətləri çəkilmiş, 25 kənd qazlaşdırılmış, 3814 abonentə təbii qaz verilmişdir. Bildirmişdir ki, Bəcirəvan, Nazırlı, Tumaslı və Yerli Ağalı kəndlərinin   qazlaşdırılması üçün 71.1 km-dən çox müxtəlif diametrli polad və polietilen qaz xətləri çəkilmiş, 80 ədəd siyirtmə quraşdırılmış, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır. Həmin kəndlərdə 1036 ailəyə təbii qaz verilmişdir.
             Tədbirdə Bəcirəvan kənd sakinləri  Şəmsəddin Fərmanov, Nargilə Əliyeva, Tumaslı kənd sakinləri Knyaz Əliyev, Natəvan Qəhrəmanova, Nazırlı kənd sakinləri Dilcəm Məmmədov, Ağası Göyüşov çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
               Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Tikinti Departamentinin rəis müavini Ramil İsgəndərov və Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək sakinləri  təbii qaz verilişi ilə əlaqədar təbrik etmişlər.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev “Azəriqaz” İstehsalat Birliyinin Tikinti Departamentinin rəis müavini Ramil İsgəndərov  və Milli Məclisin deputatı Zahid Oruc ilə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.
               Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kəndlərin sakinləri ilə söhbət etmişdir.

Keçidlər