Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 12 il keçir.

12 dekabr 2015 | 16:00

 Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 12 il keçir.
Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyini xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və Ulu Öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
Dekabrın 12-də Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 12- ci ildönümü günü münasibəti ilə Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev,başda olmaqla YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatlarının işçiləri, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, rayon sakinləri, ağsaqqallar, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, ümummilli lider Heydər Əliyevlə görüşmüş rayon sakinləri-cəmi 4000 nəfər rayonun baş meydanında ucalan ümumilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini anmış, hörmət və etiramlarını bildirmişlər.
Rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində olmuş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında tədbir keçirilmiş, tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxa baxmışlar.
Tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair məruzə etmişdir.

Keçidlər