Bərdədə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi.
Tədbirdən öncə başda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi isayev olmaqla rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə, digər təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri rayonun Şəhidlər qəbristanlığında uyuyan şəhid məzarlarını ziyarət etmiş, onların üzərinə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Tədbir şəhərin “Qəhrəmanlar Parkı”nda davam etdirilmişdir. Burada 1500 nəfərdən çox Bərdə sakini matəm musiqisinin sədaları altında müharibə qurbanlarının xatirəsiniə ucaldılmış əbədi məşəl önünə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev geniş nitq söyləmiş, dövlət müstəqilliyimizin əldə edilməsində 20 yanvar şəhidlərinin yeri və rolundan, ulu öndər Heydər Əliyevin 20 yanvar faciəsinin və bu faciəni törədən cinayətkarların dünyada tanıdılması, bununla bağlı atdığı addımlardan, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, şəhid ailələrinə göstəilən dövlət qayğısından danışmışdır. Bu faciənin həm də şərəf tarixi olduğunu bildirmişdir.
Sonda Bərdə şəhər 2 saylı tam orta məktəbin şagirdləri 20 yanvar faciəsinə həsr edilmiş kompozisiya göstərmişlər.
Yanvar faciəsi ilə əlaqədar saat 12 00-da rayon əraziisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca isə avtomobillər vasitəsilə səs siqnalları verilmişdir.