Şriftin ölçüsü :

Saytın rəngi :

22.12.2012-ci il tarixdə Davudlar oymağında təbii qaz verilişinin açılışı olmuşdur.

23 dekabr 2012 | 16:00

3199 metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 3 ədəd siyirtmə, 37 ədəd sayğac quraşdırılmış , abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır.Kədin 37 evinə təbii qaz verilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Milli Məclisin deputatı cənab Zahid Oruc,Milli Məclisin deputatı Gövhər xanım Baxşəliyeva, “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini Qağaməli Seyfullayev, İctimai əlaqələr şöbəsinin rəisi cənab Araz Ağayev,Qaz təsərrüfatının istismarı şöbəsinin mühəndisi cənab Hafiz Həsənov iştirak etmişlər.
Tədbirdə kənd ağsaqqalı Ərşad Bayramov,Mirzəxan kənd tam orta məktəbin müəllimləri Diləfruz Abdullayeva və Leyla Abdullayeva , Milli Məclisin deputatı cənab Zahid Oruc,Milli Məclisin deputatı Gövhər xanım Baxşəliyeva,”Azəriqaz” İstehsalat Birliyinin Baş baş direktorunun əsaslı tikinti üzrə müavini Qağaməli Seyfullayev, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxış etmiş, kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəl yandırılmış, kənd sakini Elşad Bayramovun evində təbii qazın verilişinə baxılmışdır.Tədbirdə 120 nəfər iştirak etmişdir.
 

Keçidlər