Bərdə Rayonunun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər Bərdə Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağında da ətraflı müzakirə olunmuşdur. Yığıncaqdan əvvəl rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçəkləri düzmüşlər.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev 2015-ci ildə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmiş, məruzə ətrafında Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov, “Qarabağ” cörək zavodunun direktoru Füzuli İsmayılov, Mərkəzi rayon xəstəxanasının baş həkimi Rəna Mustafayeva, rayon Polis şöbəsinin rəisi Hikmət Quliyev, CTS-Aqro MMC-nin Bərdə Pambıqtəmizləmə zavodunun direktoru Azər Vəliyev, Toxumçuluq təsərrüfatının təhbəri İkram Ziyadov, Tikiş fabrikinin direktoru Elgiz Abbasov, Xanərəb bələdiyyəsinin sədri Cavid Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış etmişlər.
Ötən il rayonda 47 hektar ərazini əhatə edən Heydər Əliyev park-bulvar, 11 yaşayış məntəqəsini birləşdirən 15,5 km uzunluqda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, məcburi köçkünlər üçün 588 ailəlik yaşayış məhəlləsi, “Asan Xidmət” Mərkəzi, 380 şagird yerlik şəhər 7 saylı ümumi orta məktəbi, 260 şagird yerlik Türkmən kənd tam orta məktəbi, 550 yerlik Uşaq İncəsənət məktəbi, illik istehsal gücü 46 min ton qüvvəli yem olan müəssisə, südlük istiqamətli 500 başlıq cins heyvandarlıq kompleksi, Kolayır və Məmmədli kəndlərində süd qəbulu məntəqəsi, Alpout kəndində qüvvəli yem istehsalı sexi, Yol Polis xidmətinin inzibati binası tikilib istifadəyə verilmiş, şəhərin küçə və müydanlarına 15 min kv. metr asfalt-beton örtüyü qoyulmuş, İ.Qayıbov, Nüşabə və K.Cabbarov küçələri bütün kommunikasiya xətləri daxil olmaqla yenidən qurulmuş (küçələrdə 19 fərdi yaşayış evlərinin dam örtükləri (9 min kv. metr) yenidən tikilmiş, fasadları təmir edilmişdir), Heydər Əliyev park-bulvarının qarşısındakı ərazi yenidən abadlıq işləri görülmüş, İmamzadədə təmir işləri aparılmışdır.
Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində 209,8 min manat, Zümürxan kəndi ərazisindən keçən hissəsində 1207,1 min manat dəyərində sahilbərkitmə işləri aparılmış, 31 kənd qazlaşdırılmış, 4 kəndin elektrik şəbəkəsi yenidən qurulmuşdur.
2016-cı ilin ötən dövründə 3 kənd qazlaşdırılmış, hazırda 5 kənd qazlaşdırılır və 3 kəndin qazlaşdırılması üçün hazırlıq işləri aparılır, 6 kəndin elektrik şəbəkələri yenidən qurulur.
İl ərzində H.Əliyev prospekti, Bakı, Koroğlu, Nüşabə və İ.Qayıbov küçələrinin bardyorılrı və piyada keçidləri rənglənmş, E.Əsədov, Ə.Ədilov, Cavanşir, Axundov, M.Rəsulzadə, Şəhriyar, B.Hacıyev, Məhsəti, Qarabağ və Ata Türk küçələri qum-çınqılla təmir edilmiş, Sənaye və Təbriz küçələrində bardyorlar təmir edilmiş, Gəncə küçəsində tullantı su arxları təmizlənmiş, Vaqif küçəsində kanalizasiya novu dəyişdirilmişdir.
İl ərzində küçə və meydanlarında, yolların kənarlarında 65 mindən çox ağac və 91 mindən çox gül kolları əkilmişdir.
Yerli əhəmiyyətli Uğurbəyli kəndinin 1,5 km baş yolu, Mollaisalar-Bayramlı yolunun 3 km hissəsi çınqılla yenidən tikilmiş, Güloğlular kəndinin 0,6 km baş yolu asfalt betonla tikilmiş, yolarda 119685 kv. metr dağılmış örtük qum-çınqılla bərpa edilmiş, 12096 kv. metr səki, körpü, siqnal dirəkləri və yol ayrıcları rənglənmişdir.
Daxili imkanlar hesabına rayonun 54 kəndində 166,2 km daxili və 5 km təsərrüfat yolları qum-çınqılla cari təmir edilmiş, ərazidə 1280 ədəd ağac əkilmiş, 45,7 km təsərrüfatdaxili və 3 km baş arxlar lildən təmizlənmiş, 37 kəndin baş yollarının kənarları və 35 kəndin qəbirstanlıqları kol-kosdan təmizlənmiş, ağaclar budanmış, 46 kəndindən 252 maşın məişət tullantılarının daşınmış, 3 kənd tam orta məktəbin fasadı, 21 sinif otağı təmir edilmiş, 7 kəndin içməli su şəbəkəsində təmir işləri aparılmış, Otuzikilər kəndinin giriş qapısı, Yeni Əyricə kəndinin ad göstəricisi tikilmişdir.
İl ərzində 7 kəndin (Şirvanlı, Qaratəpə, Çəmənli, Məşədiibişli, Bəcirəvan, Köbər və Təhlə) 41,56 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, yolkənarı 1,6 km arxlar lildən təmizlənmiş, 5 su keçidi tikilmiş, 13 (İkinci Hacallı, Tumaslı, Mustafaağalı, Körpüsındıran, İkinci Nazırlı, Böyük Göyüşlü, Bala Göyüşlü, Tağlar, Qayalı, Həsənqaya, Saatlı, Güloğlular və Qaratəpə) kəndin içməli su şəbəkəsi tikilmiş, kəndlərdə 13 ədəd çən quraşdırılmış, 63,19 km içməli su xətti çəkilmiş, küçələrdə 83 ədəd bulaq tikilmiş, 10 kəndin (Soğanverdilər, Gülgəzli, Qazaxlar, Uğurbəyli, Böyük Göyüşlü, Kolayır, Otuzikilər, Şorəlli, Muğanlı, İkinci Hacallı) qəbirstanlıqlarında abadlıq işləri aparılmış, 5540 metr hasar hörülmüş, 340 metr hasar təmir edilmiş, 10 darvaza quraşdırılmış, 3 darvaza təmir edilmiş, 2 çən quraşdırılmış, 520 metr su xətti çəkilmiş, 7 bulaq və 9 talvar tililmiş, 6 kənddə (Sərkarlar, Hacallı, Kətəlparaq, Mollalı, Divanlı, İmamqulubəyli) 41,97 km suvarma kanalları lildən təmizlənmiş, 1 kənddə (Həsənqaya) 8,5 km açıq dren-kanal lildən təmizlənmiş, 6 ədəd su keçidi tikilmiş, Həsənli kənd tibb məntəsi əsaslı təmir edilmiş, Kərimbəyli kəndinin elektrik şəbəkəsi yenidən qurulmuş və elektrik xətləri kabelləşdirilmiş, məcburi köçkünlər məskunlaşmış Peşə liseyinin tədris emalatxanası və yataqxanası, “Sanatoriya” adlanan bina əsaslı təmir edilmişdir.
İl ərzində 2 ədəd iki mərtəbəli (Heydər Əliyev prospektində 2 və 3 saylı), 8 ədəd beş mərtəbəli (H.Əliyev prospekti 11/1, 22, 115, 116, 112a, 155 saylı, Təbriz küçəsində 3 saylı və E.Əsədov küçəsində 5 saylı), 4 ədəd bir mərtəbəli (Nüşabə küçəsində 36, 45 və 47 saylı, İ.Qayıbov küçəsində 25) kommunal binaların dam örtükləri dəyişdirilib, 7 ədəd beş mərtəbəli (H.Əliyev prospektində 112a, 112b, 153, 149, 151 və 155 saylı, Babək küçəsində 2 saylı), 8 ədəd iki mərtəbəli (R.Axundov küçəsində 10, E.Əsədov küçəsində 11 və 12, C.Məmmədquluzadə küçəsində 1, Təbriz küçəsində 12 və 13, S.Vurğun küçəsində 4 və 5 saylı saylı), 1 ədəd bir mərtəbəli (H.Əliyev prospektində 87 saylı) kommunal binalarda təmir işləri görülüb, 14 ədəd (H.Əliyev prospektində 5, 11/1, 22, 112a, 112b, 112d, 149 və 151, 153 E.Əsədov küçəsində 5 və 8a, Ü.Hacıbəyov küçəsində 33, 43, 47 saylı) beş mərtəbəli binanın 14100 kv. metr zirzəmiləri tullantılardan təmizlənmişdir.
Hesabat dövründə Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, 100 yerlik körpələr evi-uşaq bağçasının, Qarabağ kanalının maşın qolunun tikintisi, 1150 şagird yerlik şəhər 2 saylı, 1150 şagird yerlik şəhər 6 saylı və 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəblərin əsaslı təmiri, Bərdə” türbəsinin bərpası davam etdirilmişdir.
Hazırda 25,5 km uzunluqda Yeni Daşkənd-Umudalılar yolu, Əyricə kənd yolunun Tərtər çayı üzərindəki körpüsü tikilir, rayonun 3 kəndində (Qaradırnaq, Qasımbəyli, Mollagüllər) 25,8 km yollar qum-çınqılla əsaslı təmir edilir, Gərənə kəndində 3,45 km içməli su xətti çəkilir, Yeni Əyricə kənd qəbirstanlığı abadlaşdırılır, kommunal yaşayış binaları təmir edilir, kəndlər qazlaşdırılır, yaşayış məskənlərinin elektrik şəbəkəsi yenidən qurulur.
İl ərzində 47,9 min ton taxıl istehsal edilmiş, hər hektardan 41,5 sentner buğda və 35,1 sentner arpa götürülmüşdür. 2014-cü ilə nisbətən buğdanın məhsuldarlığı 4,8 sentner, arpanın məhsuldarlığı 3,7 sentner artmışdır.
Hər hektardan 47,4 sentner olmaqla rayonda 4972 ton taxıl toxumu istehsal olunmuşdur. (R1-446,5 ha, R2-590,5 ha, Elit 12 ha)
Həmçinin 896 ton dən üçün qarğıdalı, 3292 ton pambıq, 12487 ton şəkər çuğunduru, 144 ton dən üçün günəbaxan, 2417 ton kartof, 44943 ton müxtəlif növ tərəvəz, 25856 ton bostan məhsulları, 8018 ton meyvə istehsal edilmişdir.
2014-cü ilə nisbətən hər hektardan 4,1 sentner çox dənli və dənli paxlalılar, 4,8 sentner çox buğda, 5 sentner çox dən üçün qarğıdalı, 15,1 sentner çox şəkər çuğunduru, 0,2 sentner çox dən üçün günəbaxan, 8,6 sentner çox kartof, 22,7 sentner çox tərəvəz, 4 sentner çox ərzaq üçün bostan və 1,6 sentner çox meyvə istehsal edilmişdir.
İl ərzində güzəştli kredit hesabına rayona 3243 baş südlük istiqamətli cins heyvan alınıb gətirilmişdir.
Heyvandarlığı inkişaf etdirmək üçün pilot layihə çərçivəsində Kolayır kəndində ətlik-südlük qaramaldan ibarət 26 ailə-fermer təsərrüfatına 189 baş mal verilmiş, Məmmədli və Kolayır kəndlərində süd qəbulu məntəqələri tikilmişdir.
İl ərzində 5330 baş iri buynuzlu heyvanlar süni mayalandırılmış, süni mayalandırılmış heyvanlardan 3094 baş bala alınmışdır.
İl ərzində qaramalın baş sayı 1,5 faiz, o cümlədən inək və camışların sayı 0,1 faiz, qoyun və keçilərin sayı 1,0 faiz artmışdır.
Hesabat dövründə diri çəkidə 18065 ton ət, 69047 ton süd, 20,8 milyon ədəd yumurta, 455 ton yun istehsal edilmişdir. 2014-cü ilə nisbətən ət istehsalı 4,7 faiz, süd istehsalı 5,5 faiz, yumurta istehsalı 1 faiz, yun istehsalı 3,2 faiz artmışdır.
İl ərzində 331,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 12,8 milyon manatlıq sənaye, 150 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 61,4 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 6,3 milyon manatlıq nəqliyyat xidməti, 1,1 milyon manatlıq informasiya və rabitə, 99,8 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2014-cü ilə nisbətən məhsul buraxılışının həcmi 6,6 faiz, o cümlədən sənaye məhsulu istehsalı 4,3 faiz, kənd təsərrüfatı 5,6 faiz, nəqliyyat xidməti 4,7 faiz, informasiya və rabitə xidmətləri 9,4 faiz, ticarət xidmətləri 8 faiz, tikinti-quraşdırma işləri 7,5 faiz artmışdır. Bütün mənbələr hesabına sahəsi 45,2 min kv. metr yaşayış sahəsi tikilib istifadəyə verilmişdir.
2003-cü ilə nisbətən 2015-ci ildə rayonda Ümumi məhsul buraxılışı 5,1 dəfə, sənaye məhsulunun həcmi 5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 3,3 dəfə, əsas kapitala yönəldilmiş vəsait 14,5 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 14 dəfə artmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində il ərzində 3180 yeni iş yerləri açılmışdır ki, bunun da 1620-si daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 86-sı yeni yaradılmış müəssisə və təşkilatlarda, 1534-ü fiziki şəxslərdə, 1560-ı digər layihələrin həyata keçirilməsində yaradılmışdır.
Dövlət Proqramları qəbul olunandan indiyədək 28754 yeni iş yerləri açılmışdır ki, bunun da 14383-ü daimi iş yerləridir.
Yığıncaq müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.
Yığıncaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etmişdir.