Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının yaradılmsının 23 –cü ildönümü Bərdədə təntənə ilə qeyd edildi.

12 mart 2016 | 16:00

 

12 mart  2016-cı iltarixdə Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkillatının yaradılmasının  23-cü ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatında tədbir keçirilmişdir.
Tədbirdə rayon təşkilatının şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir
Tədbiri YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya açaraq Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan ətraflı məruzə etmişdir. Bildirmişdir ki ,YAP Bərdə rayon təşkilatında 10840 nəfər YAP üzvü vardır. Onlardan 4359 nəfəri qadın, 3146 nəfəri gəncdir.
   Tədbirdə  Yeni Azərbaycan Partiyası rayon təşkilatının ilk üzvlərindən Aydın Qasımov, Yaşar Zamanov, partiya fəalları Ramal Əhmədov, Samirə Rəhimova çıxış edərək Yeni Azərbaycan Partiyasınıın  sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək onu dəstəkləyəcəklərini bildirmişlər.
Bayram münasibətilə YAP Bərdə rayon Təşkilatı tərəfindən bir qrup partiya fəalına Fəxri fərman, YAP-a yeni üzv qəbul edilmiş bir qrup gəncə YAP  üzvlük vəsiqələri və məktəblilər arasında keçirilmiş “”Xəmsə” bilik yarışı və inşa yazı müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda şəhər 3 saylı tam orta məktəbin şagirdləri Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaradılmasının 23-cü ildönümü ilə bağlı kompozisiya nümayiş etdirmişlər.

Keçidlər