Bərdə rayonunda Tərtər çayı üzərində körpü əsaslı təmir edilmişdir.
Yeni Əyricə-Əyricə avtomobil yolunun 2-ci km-də Tərtər çayı üzərində metal körpü əsalı təmirdən sonra açılmışdır.
Körpünün açılışında rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc, “Azəryol” ASC-nin sədri Saleh Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Əyricə və Yeni Əyricə kəndlərinin sakinləri – cəmi 800 nəfər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev
dünyada baş verən qlobal böhrana baxmayaraq Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda
olduğu kimi Bərdə rayonunda da geniş tikinti, abadlıq və quruculuq işləri
aparıldığını, yeni tikilib istifadəyə verilmiş körpünün bunun canlı timsalı
olduğunu diqqətə çatdırdı, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbrik
etdi.
Əsaslı təmir edilmiş körpünün eni 4 metr, uzunluğu 36 metr, yanaşma ilə birlikdə uzunluğu 40 metr, yük götürmə qabliyyəti 50-60 tona hesablanmışdır. Körpünün dayaqlarını sel sularından qorunması üçün suötürücü qurğu tikilmiş, tikintidə 15 ton metal və 150 kub metr betondan istifadə olunmuşdur. Körpünün tikintisi ilə əlaqədar yolun 1 km hissəsi asfaltlaşdırılmış, yolda 50 ədəd nişan və 300 ədəd siqnal dirəyi basdırılmışdır.
Körpünün əsaslı təmirinə cari ilin fevral ayında başlanmış və bir ay ərzində əsalı təmir işləri başa çatdırılmışdır.
Körpüdən 6 min nəfərdən çox ətraf kəndlərin sakinləri istifadə edəcəklər.
Tədbirdə “Azəryol” ASC-nin sədri Saleh Məmmədov, Milli Məclisin
deputatı Zahid Oruc, kənd sakinləri Zahir Əhmədov, Məhərrəm Vahidov və
Rafiq Məmmədov çıxış edərək sakinlərə göstərilən qayğıya görə Azərbaycan
Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını
bildirmişlər.
Tədbir iştiraçkıları yeni körpüdən keçmiş, daha sonra ağır yük avtomobillərinin körpüdən keçməsini seyr etmişlər.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kəndlərin sakinləri ilə söhbət etmişdir.