Mollaisalar, Həsənli və Qaratəpə kəndlərinə təbii qaz verilişinin açılışları oldu
Tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və media nümayəndələri iştirak etmişlər.
Tədbirləri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulmasından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır. Bildirmişdir ki, cari ilin ötən dövründə 90,7 km müxtəlif diametrli qaz xətləri çəkilərək 3 kənd qazlaşdırılmış (Xəsili, Qazaxlar və Köbərkənd), 727 abonentə təbii qaz verilmişdir. Hazırda rayonun 9 kəndində qazlaşdırma işləri başa çatmaq üzrədir. Bildirmişdir ki, Mollaisalar, Həsənli və Qaratəpə kəndlərinin qazlaşdırılması üçün 29 km-dən çox müxtəlif diametrli polad qaz xətləri çəkilmiş, 393 ailəyə təbii qaz verilmişdir. Hər bir abonentə sayğac quraşdırılmış, bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır.
Tədbirlərdə Mollaisalar kənd sakinləri Vaqif Abdüləzimov və Surxay Rüstəmov, Həsənli kənd sakinləri Akif Əhmədov və Bəhruz Musayev, Qaratəpə kənd sakinləri Qaçay Mehdiyev və Həqiqət Babayeva çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov və Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək sakinləri təbii qaz verilişi ilə əlaqədar təbrik etmişlər.
Tədbirlərin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Milli Məclisin deputatı Zahid Oruc və “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov sakinlərlə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.
Tədbirlərdən sonra rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kəndlərin sakinləri ilə söhbət etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Milli Məclisin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə hər bir kənddə bir nəfər kənd sakinin evində mavi qazın alovlandırılmasında iştirak etmiş, ev sakinləri ilə söhbət etmişlər.