Şriftin ölçüsü :

Saytın rəngi :

Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen martin 15-də Bərdə rayonunda olub.

15 mart 2016 | 16:00

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən səmimi və mehribanlıqla qarşılanan səfirlə işgüzar görüş keçirilib.
            Görüş zamanı səfirə Azərbaycanın ən böyük rayonlarından biri olan Bərdə, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilmişdir ki, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində öz ev-eşiyindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərin 34 mindən çoxu Bərdədə məskunlaşıb. İcra başçısı V.İsayev ölkə rəhbərinin diqqət və qayğısı ilə onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün rayonun ərazisində hər cür infrastruktura malik 1649 ailəlik 3 yeni yaşayış məhəlləsinin  tikilib istifadəyə verildiyini bildirmişdir. Azərbaycan ərazilərində yaradılmış Ermənistan XX əsrin sonlarında Azəırbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına təşəbbüs göstərməyə başlamış, ölkəmizin 20 faiz torpaqlarını işğal etmiş, 1 milyondan çox soydaşımızı doğma torpaqlarından qovmuşdur. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə BMT-nin 4 qətnaməsi indiyədək icra edilməmişdir.Bu gün də işğal altında olan torpaqlarda yerləşən Sərsəng su ambarından suyun buraxılmaması üzündən bir sıra rayonların, o cümlədən Bərdə rayonunun torpaqlarının suvarılmasına problemlər yaşanmaqdadır, İşğal altında olan ərazilərdə tarixi və mədəniyyət abidələri dağıdılır, fauna və floraya cidii ziyanlar vurulur. Azərbaycan xalqı sülsevən, qonaqpərvər xalqdır. Ölkəmizdə toliorantlıq hamının diqqətini cəlb edir. Dövlətimiz qüdrətlidir. Lakin biz beynəlxalq hüquqa əsaslanaraq sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bildirilmişdir ki, bazaar iqtisadiyyatı ilə inkişaf edən ölkəmizin bir parçası olan rayonun torpaqları münbitdir, sahibkarlığın inkişaf etdirilməsi üçün bütün infrastruktur mövcuddur və lazım olan şərait yaradılır. Bu gün rayonun dotasiyadan asılılığının aradan qaldırılması üçün ardıcıl işlər aparılır, yeni istehsal sahələri yaradılır, yeni iş yerləri yaradılır.                                                         
         Səfir B.İ.Svendsen qonaqpərvərliyə görə minnətdarlığını bildirib və deyib ki, Azərbaycanla Norveç arasında diplomatik münasibətlər 1992-ci ilin iyun ayından qurulub. Norveç Krallığının Azərbaycandakı səfirliyi isə 1998-ci ildən fəaliyyət göstərir. Ötən bu müddət ərzində Norveçlə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Norveç Krallığı dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında və sülh yolu ilə həllini dəstəkləyir.
         Görüş  cay süfrəsi ətrafında səmimi dialoq şəraitində başa çatmışdır.

Keçidlər