26 dekabr 2023-cü il tarixdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Hacıbəyli kəndində səyyar qəbul-görüşü keçirildi
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Hacıbəyli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin İnzibati ərazi dairəsinin Kafarlı kəndinin ərazisində pay torpaqlarının suvarılmasına xidmət edən 1,5 km uzunluqda suvarma arxının 25 metr hissəsinin lildən təmizlənməsi, kəndin ərazisində yerləşən 160 Kv-luq elektrik güc transformatorunun yerinin dəyişdirilməsi, Tərtər çayının kəndin ərazisindən keçən hissəsində torpaq bəndin 30 metr hissəsinin yuyulduğu üçün bərpa olunması, kənd sakininin fərdi yaşayış evinin qaz sayğacında olan problemin aradan qaldırılması, maddi yardım edilməsi, fərdi yaşayış evinə internet xətti çəkilməsi, ləğv olunmuş poçtun binasında yerləşən tibb məntəqəsinin elektrik enerjisi ilə təmin olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.