Şriftin ölçüsü :

Saytın rəngi :

26 fevral – Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bərdə rayon İcra Hakimiyyətində çay süfrəsi ətrafında Bərdədə məskunlaşmış bir qrup Xocalı sakinləri ilə görüş keçirilmişdir

24 fevral 2026 | 17:05

Görüş zamanı Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev sakinlərlə səmimi söhbət apararaq onların problemləri ilə maraqlanmışdır. Rayon rəhbəri dövlət tərəfindən şəhid ailələrinə və müharibədən zərər çəkmiş vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyindən, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qayıdış çərçivəsində tezliklə onların öz ata-baba yurdlarına-Xocalıya qayıdacaqlarından söhbət açmışdır.
Xocalı sakinləri onlara göstərilən qayğı və yaradılan imkanlara görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirdə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir daha ehtiramla yad edilmiş, xalqımıza qarşı törədilmiş bu dəhşətli soyqırımın heç vaxt unudulmayacağı vurğulanmışdır.

Keçidlər