Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 16-da Bərdə məktəblilərindən 40 nəfəri rayonunun mərkəzi meydanından “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasınıda iştirak etmək üçün İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola salındılar.

16 mart 2016 | 16:00

        Şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Mərasimdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya məktəblilərə uğurlar arzulayaraq gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, respublika Prezideni cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır.
Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət arzuladılar.
Məktəblilər yaradılan bu şəraitə görə olkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər