Şriftin ölçüsü :

Saytın rəngi :

26.03.2023-cü il tarixdə Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl orta məktəbin məzunları olmuş Vətən müharibəsinin şəhidləri Devran Fazil oğlu Nayıbovun və Səid Həsən oğlu Ədilovun adlarına verilən sinif otaqlarının açılış mərasimi keçirildi.

28 aprel 2023 | 18:23

Tədbirdə Bərdə Rayon Təhsil Sektorunun müdiri Qurban Məmmədov, Bərdə şəhidlərinin ailə üzvləri,müəllimlər və şagirdlər iştirak etmişlər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Qurban Məmmədov , 44 günlük Vətən Müharibəsindən, Ədilov Səid, Nayıbov Devran kimi neçə-neçə oğullarımızın qanı, canı bahasına torpaqlarımız mənfur düşməndən azad edilməsindən danışdı.

Şəhidlərin adlarını daim yaşatmaq, onların xatirəsini əziz tutmaq ən müqəddəs amalımızdır. Sinif otaqlarına şəhid adlarının verilməsi də məhz bu amala xidmət edir. Şagirdlər tədbir boyu çıxışlar etdilər, şeirlər söylədilər.

Şəhid valideynləri gənc nəslin vətənpərvərlik ruhunun aşılanmasında, tərbiyə olunmasında göstərdiyi xidmətə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirdi.

Şəhid atası Həsən Ədilov dövlət başçısı İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya şəhid ailələrinə, qazilərə, əsgərlərə göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər