Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov xidmətin Bərdə Rayon Şöbəsinin inzibati binasında Ucar, Ağdaş, Göyçay, Yevlax, Tərtər, Zərdab və Bərdə rayonlarının sakinlərini qəbul edib.

17 mart 2016 | 16:00

Martın 17-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov xidmətin Bərdə Rayon Şöbəsinin inzibati binasında Ucar, Ağdaş, Göyçay, Yevlax, Tərtər, Zərdab və Bərdə rayonlarının sakinlərini qəbul edib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya hərbi xidmətə qəbul, şəhid adının verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılacaq gənclərin gələcək xidmət yerinin müəyyənləşdirilməsi və müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi məsələlərində kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.
General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə yerindəcə həll edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər