Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri Mikayıl Cabbarov aprelin 4-də Bərdə rayonunda Yevlax və Mingəçevir şəhər, Bərdə və Ağdaş rayon sakinlərini fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib.

04 aprel 2016 | 16:00

Qəbuldan əvvəl Təhsil naziri Mikayıl Cabbarov Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə rayonun mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq hörmət və ehtiramlarını bildirdilər.

Cənab nazir M. Cabbarov vətəndaşların müraciətlərini dinləyib aidiyyatı üzrə müvafiq tapşırıqlar vermis, Nazirliyin səlahiyyətlərinə adi olmayan müraciətlərlə əlaqədar müraciət müəlliflərinə hüquqi yardım göstərmiş, belə müraciətləri müvafiq qurumlara çatdırılması Nazirliyin səlahiyyətli işçilərinə tapşırılmışdır.
Qəbuldan sonar Təhsil naziri M.Cabbarov rayonda yeni tikilmiş Heydər Əliyev adına park bulvarla tanış olmuşdur.
 

Keçidlər