Bərdə öz şəhidini qoynuna aldı.
07 aprel 2016 | 16:00
Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Azərbaycan Respublikası Müdafiə Nazirliynin nümayəndəsi, polkovnik – leytenant Rövşən Qarayev,vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş və bildirmişlər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır. Mərasimdə müharibə veteranı Gəray Əsədov, şəhid Səbuhi Musayevin təhsil aldığı Mustafaağalı kənd tam orta məktəbin direktoruTofiq Məmmədov, şəhidin atası Rəfail Musayev, bir gun əvvəl torpağa tapşırılmış zabit Ziya Həsənovun qardaşı Nicat Həsənov çıxış edərək torpağımızın şəhidlərin qanı ilə Vətən olduğunu, şəhid oğullarımızla qürur duyduqlarını bildirmişlər. Mərasimdə Dövlət Himni səsləndirilmişdir.
Şəhid çavuş Səbuhi Musayevin tabutu üzərindəki bayraq əbədi əmanət olaraq atası Rəfail Musayevə təqdim edilmişdir. Şəhidlərin ruhuna dualar oxunmuşdur. Yaylım atəşi açıldıqdan sonra şəhid çavuş Səbuhi Musayevin nəşi doğulub boya-başa çatdığı Mustafaağalı kənd qəbristanlığında torpağa tapşırılmışdır.