27 Sentyabr - Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub
27 sentyabr 2024 | 10:17
27 Sentyabr - Anım Günü ərəfəsində Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev, RİHB aparatının məsul şəxsləri, kənd İƏD üzrə nümayəndəliklərin əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir qrup idarə, müəssisələrin rəhbərləri şəhid ailələrini ziyarət ediblər.
Şəhid ailələri ilə görüş zamanı Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev və digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından danışıblar.
Həmçinin, şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdikləri şücaətdən söhbət açılıb.
Görüşlər zamanı şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.