Bərdədə pambıq əkininin gedişinə həsr olunmuş müşavirə keçirilmişdir.
20 aprel 2016 | 16:00
20 aprel 2016-cı il tarixdə rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin 2016-cı il 31 mart tarixli 26 nömrəli sərəncamı ilə yaradılmış İşçi qrupunun iştirakı ilə rayonda pambıq əkininin gedişinə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirədə İşçi qrupunun rəhbəri Azər Əmiraslanov, işçi qrupunun üzvləri, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın üzvləri, RİHB aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən pambıq emalı zavodlarının məsul nümayəndələri, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı müəssisələrinin rəhbərləri, “Kapitalbank”ın rayon şöbəsinin müdiri, Elektrik şəbəkəsinin baş mühəndisi, pambıq əkən fermerlər, torpaq mülkiyyətçiləri iştirak etmişlər.
Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açmış, İşçi qrupunun rəhbəri Azər Əmiraslanov Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə respublikamızda aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat vermiş, cənab Prezidentin göstərişi ilə qeyri-neft sektoru olan kənd təsərrüfatının inkişafı üçün görülmüş tədbirlər barədə müşavirə iştirakçılarına məlumat verilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov rayonda pambıq əkininin gedişi, bu sahədə olan problemlər barədə məlumat vermişdir.
Diskussiya şəraitində keçən müşavirədə emal müəssisəsinin rəhbərləri - MKT Bərdə filialının direktoru Ağayev, CTS Bərdə pambıq istehsalı və emalı zavodunun direktoru Vəliyev Azər, pambıq əkən mülkiyyətçi və fermerlər Abdullayev Mehman, Əliyev Habil, Məmmədov İbrahim, Cavadov Cavad, Quliyev Murad, Hüseynov Afəddin çıxış etmiş, pambıq əkini sahəsində görülmüş və görüləcək işlər barədə məlumat vermiş, mövcud problemləri və onları aradan qaldırmaq yollarını diqqətə çatdırmışlar.
Müşavirə iştirakçıları rayonda pambıq və digər texniki bitki məhsulları istehsalının artırılmasını dəstəklədiklərini ifadə etmişlər.