Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər,Ağdam və Bərdə rayonlarında olmuşlar.
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər,Ağdam və Bərdə rayonlarında olmuşlar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə regional Müalicə-Diaqnostika Mərkəzində olmuş ,burada müalicə olunan erməni hərbiçilərinin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini- Rəhimov Zahid,Qarayev Elgiz, Abdullayev Anara baş çəkmişlər.
Dövlətimizin başçısı və xanımı onların vəziyyəti ilə maraqlanmış, tezliklə sağalmalarını arzulamışlar.
Yaralıların üçü də ölkə Prezidenti cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, torpaqlarımızın erməni işğalından azad edilməsi üçün sağaldıqdan sonra lazım gələrsə döyüşə getməyə hazır olduqlarını bildirmişlər.