Bərdədə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-ci il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.
10 may 2016 | 16:00
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev geniş məruzə etmiş, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarından bəhs etmiş, ümummilli liderin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışmışdır.
Tədbirdə ulu öndər Heydər Əliyevlə görüşmüş əmək adamları İslam Əzimov, İradə Məmmədova, gənclər adından Qurban Məmmədov çıxış etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun bir qrup əmək adamına Fəxri-fərman təqdim edilmişdir.
Tədbirdə ulu öndər Heydər Əliyevin əzəli və əbədi lider olduğu Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin 93-ci il dönümü ilə əlaqədar YAP rayon təşkilatının rayon Təhsil şöbəsi, rayon Gənclər və İdman İdarəsi, rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə keçirdiyi “Nə? Harada?Nə zaman?” intellektual bilik,mahnı, şer, bədii qiraət müsabiqələrinin qaliblərinə YAP rayon təşkilatının Diplom, Fəxri-fərmanı və qiymətli hədiyyələr təqdim edilmişdir.