Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikanın görkəmli alimləri Bərdədə tədbir keçirmişlər.

13 may 2016 | 16:00

Bərdədə “Bərdə “Kitabi Dədə Qorqud”da və Qafqaz Albaniyası tarixində”adlı tədbir keçirilmişdir.
   Tədbirdən əvvəl rayon rəhbərləri və qonaqlar     ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Öncə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev alimləri və tələbələri qəbul etmiş, dəyirmi masa arxasında söhbət etmişlər.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. 
   Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Respublika Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və  rayon İcra Hakimiyyətinin məsul işçiləri, raspublikanın görkəmli alimləri, elm adamları, tələbələr və   digər qonaqlar iştirak etmişlər.
          Öncə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev   tədbir iştirakçılarını salamlamış, ulu öndər Heydər Əliyevin  tariximizin dərin qatlarının açılmasında alimlərimizin əməyinə daim həssaslıqla yanaşdığını, onların bu gün də dövlət qayğısı ilə əhatə olunduğundan danışmışdır. Bildirmişdir ki, Bərdə Azərbaycanın zəngin tarixə malik ənqədim şəhərlərindən biridir. Burada əldə olunan maddi mədəniyyət nümunələri Bərdənin şəhər olaraq yaşının 3min ildən artıq olduğunu sübut edir. Bərdə 500 il Azərbaycanın paytaxtı olub.  Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Qarabağ bölməsinin təşkil edilməsi Qarabağ və Bərdə tarixinin və maddi mədəniyyət nümunələrinin öyrənilməsinə göstərilən müdrik siyasətin daha bir ifadəsidir.  Ulu öndər Heydər Əliyev demişdir:“...Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənbəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr bəs bunu kim edəcəkdir?” Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə yaradılmasından keçən az müddət ərzində “Bilik Fondu”nun gördüyü işlər bütün respublikaya səs salıb.
Tədbirdə “Bilik Fondu”nun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Nərimanoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mütəxəssisi Yadigar Məmmədli, alimlər Qasım Hacıyev, Təvəkkül Əliyev, Bərdə şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Feruz Məmmədov çıxış etmişlər.
Tədbirdən sonra alim və tələbələr Heydər Əliyev Mərkəzini gəzmiş, Bərdənin qədim tarixi yerlərində, “Allah-allah” türbəsi və “İmamzadə” dini kompleksində olmuş, Heydər Əliyev Park bulvarı ilə tanış olmuşlar.

Keçidlər