Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair müşavirə keçirilmişdir

17 may 2016 | 16:00
17 may 2016-cı il tarixdə Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə, Ağdam, Ağcabədi, Laçın, Tərtər və Zərdab rayonlarının icra hakimiyyəti başçılarının aidiyyatı müavinlərinin, Dövlət Statistika idarələrinin rəhbərlərinin, rayon İcra Hakimiyyəti başçılarının kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin və nümayəndələrin müavinlərinin iştirakı ilə təsərrüfatbaşına uçotun aparılmasına dair  müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və  Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev iştirak etmişlər.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev müşavirəni giriş sözü ilə açaraq müşavirə iştirakçıları salamlamış, statistika işlərinin ümumi təsərrüfatın inkişafına müsbət təsirindən danışmış, bu vacib işin dəqiq yerinə yetirilməsinin əhəmiyyətini qeyd etmiş, müşavirənin işinə uğurlar arzulamışdır.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov çıxış edərək təsərrüfatbaşına uçot sənədlərinin məqsədi və əhəmiyyəti haqqında ümumi məlumat vermiş, yeni uçot sənədlərinin vaxtında və yüksək keyfiyyətlə tətbiq edilməsinin kənd təsərrüfatının və ölkə iqtisadiyyatının inkişafına dair qərarların qəbulu üçün dəqiq məlumatların hazırlanmasına imkan verəcəyini, dövlət dəstəyinin daha ünvanlı şəkildə göstərilməsinə yardım edəcəyini, ölkənin ixrac potensialının qiymətləndirilməsinə nail olunacağını bildirmişdir. Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə uçot sənədlərinin elektronlaşdırılmasının, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılmasını, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyatının və avtomotik rejimdə regionlararası müqayisələrinin aparılacağı qeyd edilmişdir.
Müşavirə iştirakçıları yeni təsərrüfatbaşına uçot kitablarının aparılması qaydası ilə tanış edilmiş, bütün əməliyyatlar slaydlar vasitəsilə müşavirə iştirakçılarına nümayiş etdirilmiş, kitabın işlənilməsi üzrə çoxsaylı suallar cavablandırılmışdır.
Müşavirədə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək təsərrüfatbaşına yeni uçot sənədlərinin aparılmasının dövləti əhəmiyyət daşıdığını qeyd etmiş, müasir inkişafın istiqamətlərinin müəyyənləşdirilməsində uçotun həlledici rol oynadığını qeyd etmiş, qarşıda duran vəzifələr barədə istiqamətləri göstərmişdir.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı müşavirənin işini yekunlaşdırmış, yeni təsərrüfatbaşına kitabların dəqiq aprılmasının vacibliyini bir daha qeyd etmiş, hər kəsə bu istiqamətdə müvəffəqiyyətlər arzulamışdır.
Keçidlər