Bərdə rayonunda istehlakçıların hüquqlarına dair konfrans keçirilib.
20 may 2016 | 16:00
Mayın 20-də aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və 265 istehlakçının iştirakı ilə Bərdədə istehlakçıların hüquqlarına dair konfrans keçirilib.
Konfransı giriş nitqi ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev ilk öncə Konfrans iştirakçılarını salamlamış, istehlakçıların hüquqlarının qorunması sahəsində rayonda görülmüş işlər barədə məlumat vermişdir.
"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda təşkil edilən Konfransda çıxış edən Xidmətin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə, təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışıb, tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik, istehlakçıların bilməli olduğu məsələlər, Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə konfrans və seminarlar, istehlakçılar üçün dəyirmi masalar təşkil edilir, kütləvi informasiya vasitələrində istehlakçı hüquqları barədə maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq əhali arasında paylanılır. Dövlət Xidməti tərəfindən ötən il və bu ilin dörd ayı ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 105 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 7 mindən çox yaddaş kitabçası hazırlanaraq istehlakçılara paylanıb. Bu işlər hazırda da davam etdirilir.
Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair müxtəlif mövzularda məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən və xidmətlərdən istifadə edərkən diqqət yetirməli olduğu məsələlər barədə ətraflı məlumat verib, istehlakçıların suallarını cavablandırıblar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.