Bərdədə 28 may-Respublika günü ilə bağlı tədbir keçirilmişdir.
Bərdədə Heydər Əliyev Mərkəzində Respublika günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçılarından bir qrupu öncə respublikamızın dövlət müstəqilliyinin dönməzliyinin təminatçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül –çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilimişdir.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açaraq müstəqilliyimizin qurulması, qorunması və möhkəmləndirilməsində atılan uğurlu addımlardan, inkişafımızın sürət və vüsətinin təmin edilməsində ulu öndər Heydər Əliyevin nurlu ideyalarından və onun sadiq varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışmışdır.
Tədbirdə iştirak edən Dövlət idarəçilik və hüquq elmləri üzrə fəlsəfə doktoru, professor , Ukraynada yaşayan bərdəli Arif Quliyev çıxış edərək Azərbaycan dövlətinin xarici siyasətindən, Ukrayna –Azərbaycan əlaqələrindən, xarici siyasətdə əldə edilən uğurlardan danışmışdır.
Sonda şəhər 2 saylı Uşaq musiqi məktəbinin şagirdlərinin hazırladıqları kompozisiya nümayiş etdirilmişdir.