Bərdə rayonunun tam orta məktəblərində “Son zəng”tədbirləri keçirilmişdir.
14 iyun 2016 | 16:00
14 iyun 2016-cı il tarixdə rayonun 59 tam orta məktəbində “Son zəng” tədbirləri böyük təntənə ilə qeyd olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, YAP rayon təşkilatının, hüquq –mühafizə orqanlarının rəhbərləri Bərdə şəhər şəhid Alı Mustafayev adına 5 saylı tam orta məktəbdə “Son zəng” tədbirində iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev mərasimdə çıxış etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilə olan dövlət qayğısından danışmış, məzunlara müstəqil həyatda uğurlar arzulamışdır.
“Son zəng” tədbiri keçirilən bütün tam orta məktəblərdə rayon İcra Hakimiyyətinin məsul nümayəndələri iştirak etmişlər.