ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Robert Sekuta Bərdə rayonunda olmuşdur.
17 iyun 2016 | 16:00
ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Robert Sekuta Bərdə rayon Yeni Daşkənd kəndində ABŞ –ın Avropa Komandanlığının maliyyə dəstəyi ilə həyata keçirilən içməli su layihəsinin icra vəziyyəti ilə tanış olmuşdur. Səfir R.Sekuta rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayevlə birlikdə içməli sudan istifadə edən Yeni Daşkənd kəndinin əhalisi və orada müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüşmüş, Yeni Daşkənd kənd tam orta məktəbində olmuş, bir qrup şagirdə qələm hədiyyə etmişdir.