Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə insan hüquq və azadlıqları ilə bağlı ictimai dinləmələr keçirilmişdir.

22 iyun 2016 | 16:00
  Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Elmira Xanım Süleymanova Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş ictimai dinləmə keçirilmişdir.
İctimai dinləmələrdən əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Elmira Xanım Süleymanova və rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev  rayonun mərkəzi meydanında ucaldılmış ümumimilli lider Heydər Əliyevin heykəli önünə tər gül çiçək dəstələri qoymuş və hörmət və ehtiramlarını bildirmişlər.
İctimai dinləmədə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev olmaqla rayon rəhbərliyi, rayonun hüqüq mühafizə orqanlarının, yerli icra orqanlarının rəhbərləri,  bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən QHT və icma, ictimayət və KİV-in nümayəndələri iştirak etmişlər.
İctimai dinləməni giriş nitqiylə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tədbir iştirakçılarını salamlamış, əsası ulu öndər Heydər Əliyev tərəfində qoyulmuş insan hüquq və azadlıqları ilə baglı Milli Fəaliyyət Proqramının rayonda icra vəziyyəti baradə danışmış, proqramla bağlı təsdiqlənmiş Tədbirlər Planının yerinə yetirilməsinin daim diqqətdə saxlandığını vurğulamışdır. 22 bəndən ibarət rayon Tədbirlər Planına uyğun olaraq rayonda 47 hektar ərazidə Heydər Əliyev park-bulvarının, 4,6 hektar ərazidə Qəhramanlar parkının, 0.6 hektar ərazidə Nüşabə parkının və çoxsaylı istirahət güşələrinin sakinlərin asudə vaxtının səmərəli keçirilməsinə və ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir.
Azərbaycan  Respublikasında İnsan Huquqları üzrə Müvəkkil (OMBUDSMAN) Elmira Xanım Süleymanova ictimai dinləmədə geniş nitq söyləmişdir. Qeyd etmişdir ki, Ermənistanın torpaqlarımızı işgal etməsi nəticəsində 1 miliyondan çox soydaşımızın qaçqın və məcburi köçkünün düşməsi ölkə daxilində və xaricdə yüksək səviyəli  tədbirlərdə müzakirə obyektidir. Azərbaycanının təcavüzə məruz qalması dünya ictimayətinin diqqət mərkəzindədir.
Elmira xanım Süleymanova Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin artıq öz bəhrələrini verdiyini diqqətə çatdırmışdır. 
  Diskusiya şəklində keçmiş İctimai dinləmdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Elmira Xanım Süleymanova iştirakçıların suallarını cavablandırılmışdır. 
Keçidlər