Ramazan bayramı ərəfəsində Qazıqurdalı kəndinə təbii qaz verilişinin açılışı oldu
05 iyul 2016 | 16:00
İyulun 5-də Bərdə rayonunun Qazıqurdalı kəndində təbii qaz verlişinə həsr edilmiş açılş tədbiri keçirilmişdir. Həmin tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulmasından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır. Bildirmişdir ki, Ramazan bayramı ərəfəsində bu gün Bərdədə daha iki kəndə təbii qaz verilişinin açılışı olur. Yaxın vaxtlara rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcək və rayonumuz respublikamızda tam qazlaşmış ilk rayon olacaqdır. Qazıqurdalı kəndinin qazlaşdırılması üçün 12 km müxtəlif diametrli polad magistral qaz xətləri çəkilmiş, 24 ədəd siyirtmə quraşdırılmış, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır. Qazıqurdalı kəndində 276 ailəyə təbii qaz verilmişdir.
Tədbirdə Qazıqurdalı kənd sakinləri Qasımov Eldar, Babayev Vüqar çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov və Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək sakinləri təbii qaz verilişi ilə əlaqədar təbrik etmişlər.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Milli Məclisin deputatı Zahid Oruc və “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov sakinlərlə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.