Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan bayramı günündə İmamzadə məscidində görüş-tədbir keçirilmişdir.

07 iyul 2016 | 16:00
 Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev iyulun 8-də Bərdədə olmuş, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə rayonun mərkəzi meydanında ucaldılmış Heydər Əliyevin abidəsi önünə tər gül çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev və rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev İmamzadə kompleksində olmuş,   rayon ziyalıları və dindarları ilə görüşmüş, onları Ramazan bayramı münasibətilə təbrik etmişlər.
Mərasimdə çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ölkəmizdə tarixi millli mənəvi və multikultural dəyərlərin  möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib. 
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirmişdir ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin  dini dəyərlərə verdiyi önəm, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu istiqamətdə gördüyü işlər, multikulturalizm ili ilə respublikamızda həyata keçirilən tədbirlər   bu sahədə xalqda daha böyük ruh yüksəkliyi yaradır.  
Dövlət müşaviri tərəfindən İmamzadə kompleksinə  multikulturalizmlə bağlı yeni çapdan çıxmış “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı hədiyyə olunmuşdur.
Bərdə şəhər Cümə məscidinin axundu Hacı Ramazan Hüseynov və digər çıxış edənlər  ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər