Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Ordu sıralarından iyul ayında tərxis olunmuş gənclərlə görüş keçirilmişdir.

19 iyul 2016 | 16:00

Tədbirdən öncə Ordudan yeni tərxis olunmuş gənclərdən bir qrupu ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirdilər. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərlə bağlı eksponatlarla tanış oldular.  
Tədbir Heydər Əliyev Mərkəzində keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət Bərdə rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə , təşkilatların rəhbərləri iştirak edirdilər.
Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət Bərdə rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi, mayor Əfqan Mikayılov açaraq Milli Ordumuzun möhkəmlənməsindən danışdı. Sonra rayon İcra Hakimiyyəti başçısınıın müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya geniş nitq söyləyərək ulu öndər Heydər Əliyev tərəfindən Milli Ordumuzun qurulması və möhkəmləndirilməsindəki xidmətlərindən, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu işlərdən, torpaqlarımızın azad edilməsi uğrunda Milli Ordumuzun qazandığı nailiyyətlər dandanışdı. Bildirdiki, bugün Milli Ordumuz düşmən işğalı altında qalmış torpaqlarımızı azad etmək gücünə malikdir.
Tədbirdə diqqətə çatdırıldı ki, həqiqi hərbi xidmətdən qayıtmış gənclərin sonrakı taleyi, onların işlə təminatı bu günün ən aktual məsələlərindən biridir.
Tədbirdə rayon Məşgulluq İdarəsinin müdiri Bilman Şadlinski rayonun idarə və müəssisələrində boş iş yerlərinin öyrənilməsi və gənclərin işlə təminatının qaydaya salınması ilə bağlı çıxışetdi.
Qarabağ Azadlıq Təşkilatı  rayon şöbəsinin sədri, müharibə veteranı Gəray Əsədov, Ordu sıralarından qayıdan, Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmiş gənclər və onların valideynləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər və xüsusi vurğuladılar ki,lazım gələrsə yenidən Vətənin müdafiəsinə qalxmağa hər an hazırdırlar.
Tədbirdə həqiqi hərbi xidmətdən yenicə tərxis olunmuş gənclər hərbi bilet və qiymətli hədiyyələrlə təqdim olunmuşdur.
Sonda şəhər 2 saylı tam orta məktəbin şagirdləri musiqili kompozisiya təqdim etmişlər.
 
Keçidlər