Şriftin ölçüsü :

Saytın rəngi :

9 avqust 2016-cı il tarixdə Bərdə rayonun 2016-cı ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

09 avqust 2016 | 16:00
 Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev hesabat yığıncağıni açaraq bildirmişdir ki, hesabat dövründə Azərbaycan Respublikasının Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilmişdir.
Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının,  Mədəniyyət Mərkəzinin,  Gənclər Mərkəzinin,  100 yerlik şəhər 4 saylı körpələr evi-uşaq bağçasınin,  Qarabağ kanalının maşın qolunun, Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında sahilbərkitmə,  Zümürxan kəndi ərazisində Tərtər çayı yatağında sahilbərkitmə, -25,5 km uzunluqda Yeni Daşkənd-Umudalılar yolunun tikintisi davam etdirilmiş,  5 kəndin  qazlaşdırılması,  6 kəndin elektrik şəbəkəsinin yenidən qurulması  davam etdirilmişdir.
1150 şagird yerlik şəhər 2 saylı , 1150 şagird yerlik şəhər 6 saylı, 480 şagird yerlik,şəhər  5saylı tam orta məktəblərin əsaslı təmiri,  “Bərdə” türbəsinin bərpası, İmamzadənin, kommunal binaların təmiri davam etdirilmişdir. Hazırda rayonun Qazaxlar kəndində süd qəbulu məntəqəsi tikilir, Mollaəhmədli kəndində daxili yolların əsaslı təmiri, Qəhrəmanlı kəndində içməli su şəbəkəsinin əsaslı təmiri, Şirvanlı kəndində suvarma kanalının lildən təmizlənməsi üçün hazırlıq işləri aparılır
Bunlarla yanaşı Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında əhalinin məşğulluğunun təmin edilməsi üçün rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan vakant yerlər barədə məlumat toplanmış, əlavə iş yerləri açılmışdır.
Cari ilin ötən altı ayı ərzində 6 ay ərzində 3380 nəfər işlə təmin olunmaq barədə müraciət etmiş, 674 nəfər işaxtaran münasib işlə təmin (33 nəfər qadın, 142 nəfər gənc, 46 nəfər məcburi köçkün) edilmiş, 87 nəfərə işsiz statusu (21 nəfər qadın, 24 nəfər gənc, 17 nəfər məcburi köçkün) verilmiş, 92 nəfərə isə müavinət  (15 nəfər qadınlar) təyin olunmuşdur.

  2016-ci ildə isə rayonda 3003,3 hektar sahədə pambıq əkilmişdir.
Rayon sakinlərinin pambıqçılıq sahəsində peşəkarlığından, mövcud pambıq emalı zavodlarının potensialından daha geniş istifadə edilməsi üçün işlər sürətlə davam etdirilir.
6 ay ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 104,9 faiz, xərcləri proqnozuna 102,3 faiz əməl edilmişdir.
Fiziki şəxslərdən gəlir vergisi (96,6%), müəssisə, birlik və təşkilatların mənfəət vergisi (67,7%), əlavə dəyər vergisi (96,6%), dövlət rüsumu (74,4%), sair daxilolmalar (47,8) və torpağın icarəyə verilməsi (49,8)  üzrə gəlirlər müstəsna olmaqla digər yerli gəlir proqnozlarına tam əməl edilmişdir.
Rayonun bütün zəruri xərclər icra edilmişdir.
Dövlət tərəfindən göstərilən diqqət və qayğın sayəsində 6 ay ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı keçən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 10,3 min nəfərə çatmışdır.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən 6 ay ərzində 157 sahibkara 1415,9 min manat güzəştli kredit verilərək 143 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır. Proqramın əvvəlindən 2701 sahibkara 70,1 mln. manat güzəştli kreditlər verilmiş, bu hesaba 5010 yeni iş yerləri yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 6 ay ərzində 2817 yeni iş yerləri açılmışdır ki, bunun da 1314-ü daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 11-i yeni yaradılmış müəsisə və təşkilatlarda, 180-i mövcud müəssisə və təşkilatlarda, 1183-ü fiziki şəxslərdə, 1503-ü digər layihələrin həyata keçirilməsində yaradılmışdır. 
Dövlət Proqramları qəbul olunandan indiyədək 32841 yeni iş yerləri açılmışdır ki, bunun da 16377-i daimi iş yerləridir.
Cari ildə 11891 hektar sahədə yazlıq bitkilər, o cümlədən 3003,3 hektar sahədə pambıq, 180 hektar sahədə kartof, 2967 hektar sahədə tərəvəz, 480 hektar sahədə şəkər çuğunduru, 1510 hektar sahədə bostan bitkiləri, 184 hektar sahədə günəbaxan, 167 hektar sahədə dən üçün qarğıdalı, 3200 hektarda cari yonca əkilmişdir. 2015-ci ilə nisbətən əkinlərin sahəsi 557 hektar və ya 1,1 faiz artmışdır. 
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2014-cü il tarixli 961 nömrəli Sərəncamı əsasında qazılmış 20 subartezian və artezian quyuları istifadəyə verilmişdir (Cəyirli, Şirvanlı, Soğanverdilər, Qazıqurdalı, Hüseynbəyli, Əliyanlı, Bala Qacar, Mehdixanlı, Qaradəmirçi və Şahvəlilər kəndlərinin hər birində 1 ədəd, Əmirli və Xanərəb kəndlərinin hər birində 2 ədəd, Kətəlparaq kəndində hər birində 3 ədəd subartezian, Mirzəcəfərli, Anağalı və Samux kəndlərinin hər birində 1 ədəd artezian).
Həmçinin 2015-ci ilin payızında əkilmiş 13676 hektar taxıl, keçmiş illərdə əkilmiş 28004 hektar çoxillik otlaq sahələrinə aqrotexniki qaydada xidmət göstərilmişdir.
6 ayda rayona 294 baş ətlik-südlük və 219 baş südlük istiqamətli cins heyvan alınıb gətirilmişdir.
Heyvandarlığı inkişaf etdirmək üçün Qazaxlar kəndində süd emalı müəssisəsi tikilmışdır. 
6 ay ərzində 4134 baş iri buynuzlu heyvanlar süni mayalandırılmış, süni mayalandırılmış heyvanlardan 1196 baş sağlam bala alınmışdır.
Hesabat dövründə rayonda qaramalın baş sayı 5,9 faiz artaraq 94647 başa, qoyun və keçilərin sayı 3,4 faiz artaraq 142600 başa çatmışdır.
Hesabat dövründə diri çəkidə 8448 ton ət, 36539 ton süd, 413 ton yun, 14,3 milyon ədəd yumurta istehsal edilmişdir. 2015-ci ilin birinci rübünə nisbətən  ət istehsalı 6,1 faiz, süd istehsalı 13,8 faiz, yun istehsalı 6,2 faiz, yumurta istehsalı 3,1 faiz artmışdır. 
6 ay ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 472,8 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Hesabat dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlər davam etdirilmişdir.
6 ay ərzində Azərbaycan Respublikasınının Prezidentinin sərəncamı əsasında 19964 nəfərin pensiyalarında olan artımlar pensiyaçılara vaxtında çatdırılmışdır.
6 ayda məcburi dövlət sosial sığorta haqları üzrə 3514,7 min manat vəsait toplanaraq proqnoza 88,8 faiz əməl edilmışdır.
Keçən ilin müvafiq dövrünə nisbətən gəlirlər 11,0 min manat artmışdır.
6 ayda bir 404 nəfərə pensiya təyin olunmuş, bir pəncərə prinsipi ilə 1147 fiziki və 34 hüquqi şəxs qeydiyyatdan keçmiş, pay torpağı olan 372 nəfər qeydiyyata götürülmüşdür.
6 ay ərzində 8655 nəfərə aylıq sosial müavinət və təqaüdlər, 1683 nəfərə birdəfəlik müavinət, 10724 nəfərdən ibarət 2570 ailəyə ünvanli dövlət sosial yardımı təyin edilib ödənilmişdir. 
6 ayda 224 nəfər tək-tənha, ahıl vətəndaşlara evlərdə sosial xidmət göstərilmiş, 8 nəfər əlilə əlil arabası, 40 nəfər əlil müalicə almaq üçün sanatoriyaya göndərilmişdir.
Bütün hallarda ünvanlı sosial yardım təyin edilməsində ünvanlılıq, ədalətlilik və bərabərlilik prinsipləri əsas götürülmüşdür.
6 ay ərzində nəqliyyat vasitələri 36,7 min manat, daşınmaz əmlak 0,5 min manat, fiziki şəxslərə məxsus heyvanlar 0,4 min manat, 16,5 min manat fərdi qəza sığorta edilmiş, illik proqnoza 43,3 faiz əməl edilmişdir. Sığorta işlərinin genişləndirilməsi üçün ardıcıl iş aparılmalıdır.
6 ay ərzində rayonun Əmirli, Dəymədağıldı kəndlərinin, Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkələri yenidən qurulmuş, Tumaslı, Cumalar, Lənbəran, Əyricə, Kələntərli, Qasımbəyli və Mollalı kəndlərinin elektrik şəbəkələrinin yenidən qurulması işləri aparılır.
Hesabat dövründə 376 ədəd 10 kv-luq, 2981 ədəd 0,4 kv-luq yeni beton və metal dirəklər basdırılmış, 296 ədəd yeni sayğac quraşdırılmış, 21,845 km naqillər yenisi ilə əvəz edilmiş, 64,391 km SİP kabel çəkilmişdir.
6 ayda Rayon şəbəkədə 831 ədəd qüsurlu sayğac yeniləri ilə əvəz edilmiş,  Qaradəmirçi yarımstansiyasında 3 ədəd KRN-10 vakuum açarı və rayon mərkəzində 9 ədəd yeni KTM quraşdırılmış, 108 ədəd 10/04 kv-luq transformator yarımstansiyası təmir edilmişdir.
Hazırda Canavarlı yarımstansiyasında Qapalı yarımstansiya quraşdırılır.
İstehlak edilmiş elektrik enerjisinin haqqı 77,65 faiz ödənilmişdir.
Hesabat dövründə 138,0 km müxtəlif diametrli qaz xətləri çəkilərək 10 kənd (Xəsili, Qazaxlar, Köbərkənd, Mollaisalar, Həsənli, Qaratəpə, Mehdili, Cumalar, Qazıqurdalı və Dəymədağıldı) qazlaşdırılmış, 2342 abonentə təbii qaz verilmişdir.
     Hazırda 6 kənd (Lənbəran, Hacallı, Otuzikilər, Lək, Mollalı və Mustafağalı) qazlaşdırılır, 5 kəndin (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli, Bayramlı) qazlaşdırılması üçün tədbirlər görülür.
Bunlarla yanaşı qaz itkilərinin qarşısını almaq üçün 3,0 km müxtəlif diametrli qaz xətləri çəkilmiş, 37 ədəd qaztənzimləyici quraşdırılmış, istismar müddəti bitmiş 174 ədəd qaz sayğacları yenisi ilə əvəz edilmişdir.
İlin birinci yarısında 6057 təbi qazın sızmasının qarşısı alınmış, 168 ədəd sayğaca müdaxilə olunduğu aşkar edilərək dəyəri ödənilməklə yenisi ilə əvəz edilmiş, 84 sayğacın yeri dəyişdirilmiş, 2 ədəd sayğac daha böyük sayğacla əvəz olunmuşdur. 988 qəza çağırışı icra edilmişdir. Görülmüş tədbirlər nəticəsində alınan qazın 84,9 faizinin satışı təmin edilmişdir.
6 ayda istehlak edilmiş təbii qazın dəyərinin 87,8 faizi, o cümlədən əhali qrupu üzrə 91,6 faizi, qeyri-əhali qrupu üzrə 66,9 faizi ödənilmişdir.
Rüb ərzində əhalinin və iqtisadiyyatın fasiləsiz olaraq içməli su ilə təmin etmək üçün şəbəkədə xidmət işləri aparılmış, 12 ədəd subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz olunmuş, 78 quyunun dərinlik nasosları və ona məxsu elektrik avadanlıqları, 3 quyunun transformatoru əsaslı təmir edilmiş, suyun sərfiyyatının müəyyənləşdirilməsi üçün 130 ədəd su sayğacı, 16 quyunda elektron sayğac quraşdırılmış, 524 su qəzası aradan qaldırılmışdır.
6 ay ərzində istehlak edilmiş içməli suyun dəyəri əhali tərəfindən 100,2 faiz, qeyri əhali tərəfindən 95,0 ödənilmişdir.
Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün 6 ay ərzində rayon mərkəzində 0,9 km optik kabel çəkilmiş, Alaçadırlı kəndində 164 nömrə tutumlu Elektron ATS qurularaq istifadəyə verilmiş və 80 evə  telefon rabitəsi verilmiş, Mərkəzi ATS-də 640, Şatırlı kənd ATS-də 128, Əyricə kənd ATS-də 128, Şirvanlı kənd ATS-də 32, Kələntərli kənd ATS-də 96 portluq DSLAM avadanlıqları qurulub istifadəyə verilmiş, rayon mərkəzində 11 ədəd paylayıcı şkaf texniki normaya gətirilmişdir.
Hesabat dövründə şəbəkənin ümumi tutumu 842 nömrə artırılmış, internet istifadəşilərinin sayı 590 nəfər artaraq 5574 nəfərə çatmışdır.
Hazırda Divanlı və Güloğlular kəndlərində və şəhərin Bahadur Hacıyev küçəsində yeni sürətli avadanlıqların quraşdırılması üçün tədbirlər görülür.
Şəbəkənin optikləşmə səviyyəsi 89,9 faizdir.
6 ayərzində rabitə müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə keçən ilin müvafiq dövründəkindən 2 min manat və ya 2,2 faiz az, 554 min manatlıq xidmət göstərilmişdir. Göstərilən xidmətin 87,5 faizi əhaliyə göstərilmişdir.
6 ay ərzində əhaliyə 202,9 min manatlıq poçt xidmətləri göstərilərək  proqnoza 120,8 faiz əməl edilmişdir.
Hesabat dövründə ümumtəhsil məktəblərində buraxılış test imtahanları keçirilmiş, ümumtəhsil məktəblərinin 1698 nəfər IX və 1418 nəfər XI sinif şagirdləri imtahan vermişlər. İmtahanın nəticələri keçən ildəkindən yüksək olmuşdur. Xanqaraqoyunlu kənd tam orta məktəbinin məzunu İsmayılov Rahib Sənan oğlu qızıl medala layiq görülmüşdür.
Məzunlardan 666 nəfəri və ya 47 faizi ali məktəblərə qəbul üçün iş vermiş, onlardan 471 nəfəri və ya 71 faizi imtahanlar üzrə keçid balını toplamağa müvəffəq olmuşlar. Sənəd verənlərdən 80 nəfəri 500-dən yuxarı, o cümlədən 30 nəfəri 600-dən yuxarı bal toplamışdır. 300-500 intervalında bal toplayanların sayı ötən ildəkindən çoxdur.
Akademik Z.Əliyeva adına texniki təmayüllü məktəb-liseyin 12 nəfər, şəhər 2, 3 və 4 saylı məktəblərinin hər birindən 3 nəfər, şəhər 8 saylı tam orta məktəbin 2 nəfər, Qarağacı, Samux, Qaradəmirçi, Xanqaraqoyunlu, Xanərəb, Lənbəran, Qayalı kənd tam orta məktəblərinin hər birindən 1 nəfər məzun 600-dən çox bal toplamışdır. Akademik Z.Əliyeva adına Texniki Təmayüllü Məktəb-liseyin, şəhər 6, 2, 3 və Qaradəmirçi kənd tam orta məktəblərinin göstəriciləri daha yüksək olmuşdur. 500-dən yuxarı bal toplayan məzunlarımızın 58,8 faizi məhz bu məktəblərin məzunlarıdır.
Heydər Əliyev Mərkəzi rayonun siyasi həyatının mərkəzinə çevrilmişdir.
6 ay ərzində gənclərin asudə vaxtının təşkili məsələləri daima diqqət mərkəzində saxlanılmış, yeniyetmə və gənclərlə bağlı 57, idmanla bağlı 24 tədbir keçirilmişdir.

Rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası tam təmin olunur, dindarlar arasında ictimai-siyasi duruma daima nəzarət edilir. Rüb ərzində əhalinin radikal dini təsirlərdən qorunması üçün silsilə tədbirlər keçirilmişdir.
Rayonda siyasi partiyaların 11 rayon təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların informasiya bazasının təhlili göstərir ki, rayonun ictimai-siyasi həyatına yalnız Yeni Azərbaycan Partiyasının yerli təşkilatı təsir göstərir. Digər partiyaların ilk təşkilatlarının sosial bazası yoxdur.  Rayonda ictimai-siyasi durum sabitdir, sakinlər ümummilli lider Heydər Əliyev ideyalarına sadiqdirlər və Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişlər.
6 ay ərzində daxil olan vətəndaş müraciətinin 50,1 faizi bilavasitə vətəndaşlardan, 32 faizi Azərbaycan Respublikasının Prezident Administrasiyasından, 3,3 faizi Nazirlər Kabinetindən, 1,6 faizi Milli Məclisdən, 13,1 faizi mərkəzi orqanlardan daxil olmuşdur.  
Daxil olan vətəndaş müraciətlərinin 5 faizi nəzarətə götürülərək baxılmışdır.
6 ayda rayon İcra Hakimiyyəti başçısı aparatında 3298 nəfər, o cümlədən rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1107 nəfər qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 21 qəbul-görüşü keçirilmiş, bu qəbul görüşlərdə 5970 nəfər sakinin iştirakı təmin edilmiş, 231 nəfərin müraciəti dinlənilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən rayon icra hakimiyyəti başçısı tərəfindən aparatda qəbul edilənlərin sayı 47,4 faiz, yerlərdə qəbul edilənlərin sayı 22,9 faiz artmışdır. Yerlərdə keçirilən görüş-qəbullarda rayonun rəhbərlərinin və xidmət təşkilatlarının rəhbərlərinin, ərazidə yaşayan sakinlərin bütün zümrələrinin iştirakının təmini üçün tədbirlər görülmüş, iştirakçıların tam dinlənilməsi üçün şərait yaradılmışdır. Yerlərdə keçirilən səyyar-qəbulda edilmiş müraciətlərin çox böyük əksəriyyəti yerindəcə həll olunmuşdur.
             Məruzə ətrafında  rayon Suvarma Sistemləri idarəsinin rəisi Sərdar Əhmədov, Soğanverdilər bələdiyyəsinin sədri Malik Kərimov, rayon İcra Haklimiyyəti başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Rüstəmov rayon Polis şöbəsinin rəis müavini Natiq Hüseynov çıxış etmişlər.
Hesabat yığıncağında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.

Keçidlər