Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Lək kəndində təbii qaz verilişinin açılışı olmuşdur.

24 avqust 2016 | 16:00
 Bərdədə Lək kəndində təbii qaz verilişinin açılışı olmuşdur.
Avqustun 24-də Bərdə rayonunun Lək kəndinə təbii qaz verlişinə həsr edilmiş açılş tədbiri keçirilmişdir. Həmin tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev,  “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak  etmişlər.
            Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulmasından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır. Bildirmişdir ki,cari ilin ötən dövründə rayonda  10 kənd qazlaşdırılmış, 2342 abonentə təbii qaz verilmiş, bu gün daha 1 kəndimizə təbii qaz verilir. Hazırda 5 kənd (Lənbəran, Hacallı, Otuzikilər, Mollalı və Mustafagalı) qazlaşdırılır, 5 kəndin (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli, Bayramlı) qazlaşdırılması üçün tədbirlər görülür. Yaxın vaxtlara rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcək və rayonumuz respublikamızda tam qazlaşmış ilk rayon olacaqdır. Bütün bunlara görə rayon sakinləri Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə minnətdardılar. Lək kəndinin qazlaşdırılması üçün 34.8 km müxtəlif diametrli polad magistral qaz xətləri çəkilmiş, 23 ədəd siyirtməvə 1 ədəd qaztənzimləyici şkaf, 404 ədəd sayğac quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. Bu gün 404 ailəyə təbii qaz verilir.
         Tədbirdə Lək kənd sakinləri Sayalı Məmmədova, Rasim Əmrahov  çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
         Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov çıxış edərək bu əlamətdar gün münasibəti ilə  təbrik etmişdir.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev   “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov sakinlərlə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi olan məşəli yandırmışlar.
Keçidlər