BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndələri Bərdədə olmuşlar
31 avqust 2016 | 16:00
31 avqust 2016-cı il tarixdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi cənab Furio De Angels və BMT-nin Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai Azərbaycanın qərb rayonlarına səfəri çərçivəsində Bərdə rayonunda olmuşlar. Nümayəndələr öncə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşmüşlər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüldüyü, bütün bunların istər BMT QAK-ın ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirildiyi, oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirildiyi xüsusi qeyd edilib. Bildirilib ki, bütün bunlara görə Azərbaycanla qarşılıqlı əməkdaşlıqda daim maraqlı olan BMT QAK ölkəmizin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində hüquqi-normativ sənədlərin hazırlanıb tətbiq olunması sahəsində qazandığı təcrübədən yararlanmağa da xüsusi önəm verir. Görüşdə bu qurumun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti də müsbət dəyərləndirilib, perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin möhkəm əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçilməsi xüsusi vurğulanıb.
Daha sonra nümayəndələr Ermənistanın işğaslı nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız üçün Bərdənin Həsənqaya kəndində salınmış qəsəbədə, şəhər 2 saylı və birinci Qaradəmirçi kənd tam orta məktəblərdə olmuş, orada məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüş, onların həyat şəraitləri ilə yaxından tanış olmuşlar.
Daha sonra nümayəndələr Ermənistanın işğaslı nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız üçün Bərdənin Həsənqaya kəndində salınmış qəsəbədə, şəhər 2 saylı və birinci Qaradəmirçi kənd tam orta məktəblərdə olmuş, orada məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüş, onların həyat şəraitləri ilə yaxından tanış olmuşlar.