Bərdədə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.
Tədbirdən öncə tələbə adı qazanmış gənclərdən bir qrupu ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq ehtiramlarını bildirmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, İcra nümayəndələri, ziyalılar, valideynlər və bu il ali məktəbə qəbul olunmuş tələbələr iştirak etmişlər.
Tədbiri rayon Təhsil şöbəsinin müdiri R.Şərifov açmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tədbirdə çıxış etmiş, bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün fəaliyyəti dövründə təhsilə çox böyük önəm vermişdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün uğurla davam etdirilir. Daha sonra Bərdə rayonunda bu il attestat alan məzunların sayı 1418 nəfər olmuşdur. Ali məktəbə sənəd verən məzunların sayı 666 nəfər olmuşdur. Onlardan 402 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Bu sənəd verənlərin 47 faizi deməkdir. Ali məktəbə qəbul olunanlardan 500-dən yuxarı bal toplayan 82 nəfər, o cümlədən 600-dən yuxarı bal toplayan 30 nəfər olmuşdur. Ali məktəbə qəbul imtahanlarında iştirak edənlərdən 131 nəfər keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Akademik Z.Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb- lisey bu il də ən yüksk nəticə əldə etmişdir. Buranın bu ilki 97 nəfər məzunundan 89 nəfər ali məktəbə sənəd vermiş, onlardan 75 nəfər ali məktəbə qəbul olunmuşlar. Tədbirdə çıxış edən Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin məzunu,634 balla Azərbaycan Dillər Universitetinə qəbul olunmuş Sadıqova Gülzar Ceyhun qızı, Xanqaraqoyunlu kənd tam orta məktəbinin məzunu, 691 bal toplayaraq “Qafqaz” Universitetinin maliyyə fakultəsinə qəbul olunmuş İsmayılov Rahib Sənan oğlu, Qaradəmirçi kənd tam orta məktəbinin müəllimi Nizami Hüseynov, şəhər 2 saylı tam orta məktəbin məzunu, 503 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuş Babaşov Məhəmməd Rafiq oğlunun valideyni Babaşova Samirə bütün bu uğurları qazanmaqda öıkə Prezidenti, təhsilin ən böyük qayğıkeşi cənab İlham Əlievə minnətdar olduqlarını bildirdilər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev 500-dən yuxarı bal toplamış tələbə gənclərə qiymətli hədiyyələr təqdim etdi.
Tədbir konsert proqramı ilə yekunlaşdı.